“Ayıb olsun sənə, əməkdar artistsən” - Fotolar
Bizi izləyin

Tabloid.az

“Ayıb olsun sənə, əməkdar artistsən” - Fotolar

Mərhum müğənni Vidadi Bərdəlinin qızı Aytac haqsızlıqla üzləşib.

Mərhum müğənni Vidadi Bərdəlinin qızı Aytac haqsızlıqla üzləşib.

İfaçı Tabloid.az saytına açıqlamasında bildirib ki, sosial şəbəkədə onun haqqında xoşagəlməz şərhlər yayırlar:

“İnstagram” bloqumda şəkil paylaşmağıma peşman oluram. Həmin dəqiqə yazırlar ki, səndən gözləməzdik. Belə olmamalı idi, atanın qəbrini ziyarət etmirsən. Artıq bu söz-söhbətlərdən bezmişəm, qıcıqlanıram. Əvvəla, deyim ki, mən ifaçı kimi atamın yolunu davam etdirirəm. İkincisi isə, sənətdə onun adına xələl gətirəcək, utandırıcı heç bir hərəkət etməmişəm. Ata itkisini isə mən yaşamışam. Məni qınayanlar yox! Onlar yerli şou-biznesdə soyunmaqla, estetik əməliyyatla gündəmə gələn bəzi müğənnilərlə məni səhv salmasınlar! Atamın vəfatından sonra ailəmizin yükü mənim üzərimdədir. Heç soruşan var ki, Vidadi Bərdəlinin ailəsi necə dolanır? Bütün bu yazılanlar sifarişlidir. Mən bu söz-söhbəti yayan insanın kimliyini müəyyən etmişəm. Bircə kəlimə ilə deyə bilərəm ki, o, qadın ifaçıdır və əməkdar artistdir. Üzümü ona tutub deyirəm ki, ayıb olsun sənə, əməkdar artistsən. Bu kimi hərəkətlər sənə yaraşmaz”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm