Beyni gücləndirən qidalar
Bizi izləyin

Tabloid.az

Beyni gücləndirən qidalar

Beyni gücləndirən qidalar

Beyinin güclənməsində qəbul etdiyimiz qidaların da çox böyük rolu var. Tabloid.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ-da yayımlanan “Men’s Health” (Kişilərin sağlamlığı) jurnalında həkim Tom Gilhoolynin zehin açan qidalar haqqında araşdırması yayımlanıb. Zehni açan qidalar arasında aşağıdakılar yer alıb:

Soya: Oksigen ifrazını artıran soya yaddaşı gücləndirir. Soya südü ya da soyalı yeməklər fiziki və psixoloji zəifliyin qarşısını alır.

Yumurta: D vitamini anbarı olan yumurta hüceyrələrin öz-özünü yeniləməsini təmin edir və beyinin fəaliyyətini gücləndirir.

Çiyələk: Antioksidant və C vitamini mənbəyidir. Yaş artdıqca zəifləyən beyinin funksiyalarını tənzimləyir.

Çay: Tərkibindəki flavonoidlər sayəsində beyinin elastikliyini qoruyur və fəaliyyətini artırır.

Qırmızı ət: Dəmirlə zəngin olan qırmızı ət xüsusilə uşaqlarda zəka səviyyəsini yüksəldir.

Üzüm suyu: Qısa və uzun müddətli yaddaşı qüvvətləndirir. Amma şərab eyni təsirə malik deyil.

Sardina: Tərkibi selenlə zəngin olan sardina balığı sperm səviyyəsini yüksəldir. Həmçinin stressi azaldıb beyni gücləndirir.

Brokoli: Foli turşusu əskikliyi gərginlik və əsəbiliyə səbəb olur. Tərkibində yüksək miqdarda foli turşusu olan brokoli bu problemləri ortadan qaldırır.

Vələmir: Karbohidratla zəngin olan vələmir, yaddaşa müsbət təsir göstərir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm