Aygün indi də Şakiranın izinə düşüb - Video
Bizi izləyin

Tabloid.az

Aygün indi də Şakiranın izinə düşüb - Video

Aygün Kazımova Şakiranın modelyeri ilə işbirliyinə başlayıb.

Aygün Kazımova Şakiranın modelyeri ilə işbirliyinə başlayıb.

Tabloid.az xəbər verir ki, hər zaman imicində yeniliklər edən xalq artisti yenidən hər kəsi təəccübləndirəcək. Sənətçi “10Lar” verilişinə açıqlamasında deyib ki, Cennifer Lopesin və Beyonsun geyim tərzini çox bəyənir:

“Hər zaman görünüşüm üzərində işləməyi sevirəm. Amma artıq istəyirəm ki, bunu mənim əvəzimdən modelyer etsin”.

Son zamanlar yenidən açıq-saçıq geyimlərə üstünlük verən xalq artisti bunu formada olması ilə əlaqələndirib:

“Mən açıq-saçıq paltarlarda özüm kim oluram. Nə zamansa bir az qapalı geyinirəmsə, deməli, bədənimdən razı deyiləm. Ümumiyyətlə sevirəm ki, daxili aləmimlə fiziki görünüşüm vəhdət təşkil etsin”.

Verilişdən olan videonu təqdim edirik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm