Teymur Əmrah subay olmasının səbəbini açıqladı
Bizi izləyin

Tabloid.az

Teymur Əmrah subay olmasının səbəbini açıqladı

Sevilən ifaçı Teymur Əmrah evlənmək istəyir.

Sevilən ifaçı Teymur Əmrah evlənmək istəyir.

Tabloid.az xəbər verir ki, bu günlərdə 43 yaşını qeyd edən əməkdar artist artıq subaylığın daşını atmaq qərarına gəlib. O, bu haqda “10Lar” verilişinə açıqlamasında deyib:

“Ailə quracağam. Çünki uşaqları çox sevirəm. Balaca uşaq görəndə çox kövrəlirəm. Tezliklə ailə qurmaq istəyirəm. Mənim problemim bilirsiniz nədədir? Gözəl insan tapa bilmirəm. İstəyirəm ki, ailə qurduğum qadınının də vizual görünüşü də gözəl olsun. Demirəm ki, dünyada qadın qurtarıb. Amma təəssüflər olsun ki, müasir dövrdə ailədə dirijorluğu qadınlar etmək istəyir. Amma mən özüm hər zaman baş dirijor olmuşam. Mənə dirijorluq etmək mümkün deyil. Onu da deyim ki, mənim bəzi tələbələrimin övladları var. Onlara gedəndə, evə girən kimi, uşaq deyir ki, baba gəldi. Deyirəm, ay uşaq, baba nədir?”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm