Xanımların qamətini gözəl göstərən saç düzümləri - Fotolar
Bizi izləyin

Tabloid.az

Xanımların qamətini gözəl göstərən saç düzümləri - Fotolar

Xanımların qamətini gözəl göstərən saç düzümləri - Fotolar

Balerina toppuzları 2014-2015 payız-qış dəfilələrində olduqca ön plana çıxıb. Həm rahat, həm də qəşəng görünüş bəxş edən balerina toppuzları "Jenny Packham", "Diana Fon Furstenberg", "Karolina Herrera", "Marissa Webb", "Rag&bone", "Altuzarra", "Kristian Siriano", "Naeem Khan", "Roberto Cavalli", "Prada", "Jan Pol Gaultier" kimi bir çox markanın dəfilərində istifadə olunmuşdu.

-130.jpg

Getdiyiniz dəvətdə paltarınız çox təmtəraqlıdırsa və ya çox diqqət çəkirsə, balerina toppuzu yığdıra bilərsiniz. Bu zaman makiyaj da sadə olmalıdır. Sadə balerina toppuzu dəbdəbəli ziyafət gecəsinin parıltısı ilə balans təşkil edəcək. Beləliklə, həm qüsursuz, həm də qəşəng görünəcəksiniz. Özünəxas, zərif və stil sahibi görünüşü yaradan balerina toppuzu hər bir qadında çox şıq görünür.

-320.jpg

Balerina toppuzunun yığılma qaydası da çox sadədir. Yuxarıda tarım yığılmış balerina toppuzunun istifadə də rahatdır. Sıx toplandığı üçün açılmasından və ya dağılmasından narahat olmayacaqsınız. Balerina toppuzuna əlavə olunan daşlı sancaqlar, atlaz parçalar isə saçlara göəzllik qatır. Üstəlik, balerina toppuzu mövsümün əsas saç trendlərindən biridir. Balerina toppuzunun digər bir üstünlüyü də balaca boylu xanımların boyunu vizual olaraq daha uzun göstərməsidir. Sıx yığılmış balerina toppuzu xanımın qamətini daha gözəl göstərir.

-878.jpg

Saçınızı balerina toppuzu yığdınız zaman uzun, hərəkətli və ya halqa sırğalar taxa bilərsiniz. Gözlərə dumanlı makiyaj, ya da qalın layner çəkə bilərsiniz.

Xüsusilə trapez paltarlarda çiyinlərinizi və boynunuzu ön plana çıxarmaq istəyirsinizsə, balerina toppuzu yığdırmaqdan çəkinməyin.

-510.jpg

1_2852012152331_34589

Oxumağa davam et
Reklam
Reklam

Gündəm