Payız rənglərinin ən gözəli qadınları çox cazibəli göstərəcək - Fotolar
Bizi izləyin

Tabloid.az

Payız rənglərinin ən gözəli qadınları çox cazibəli göstərəcək - Fotolar

Payız rənglərinin ən gözəli qadınları çox cazibəli göstərəcək

Payızın qızğın vaxtı olduğu üçün mövsüm ona uyğun rəng seçimində ehtiyatla davranmağı tələb edir. Bu yazıda biz sizin diqqətinizi fransız xanımlarının da sevimli bordo - zoğalı tonlarına cəmləyəcəyik.

Soyuq havaların isinməsinə ən az sviterlər qədər kömək olan bu rəng podiumda da yeni kolleksiyalara dəstək olub. Bəzi markalar öz yeni kolleksiyasını təqdim edərkən bordonun qırmızıya çalan, bəziləri isə qaraya çalan rənginə üstünlük veriblər. Hansının gözəl olduğu zövqə görə dəyişir. Ancaq ən əsas olanı bu qış təkcə dodaqlar deyil, qarderobumuz da zoğalı rəngə bürünəcək.

Bordo, yaxud şərab rəngi - hər ikisi bənövşəyi və tünd qırmızı çalarlarının qarışması nəticəsində müşahidə edilən rənglərdir. Baxmayaraq ki, payız mövsümdə zoğalı tonları hər zaman aktual olur, bu il bir qədər daha qaranlıq və tünd tonları dəbdə olacaq. Qaranlıq küçələrdə vampir kimi görünmək istəmirsinzisə, zoğalı rəngləri aksessuarlar və açıq rənglərlə qarışdıraraq boğuq görünməyin qarşısını ala bilərsiniz.

Gecə obrazı üçün zoğalı ziyafət libasını dəri gödəkcə və qaranlıq bordo dodaq boyası ilə vurğulamağa çalışın. Ofisdə isə qara şalvarı, zoğalı uzunboğaz çəkmə, hətta pencəklə eksperimentdən keçirə bilərsiniz.

Tabloid.az zoğalı tonlara aid bir neçə nümunə seçib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm