• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Dərini cavanlaşdıran, saçları uzadan ən dadlı payız meyvəsi

Dərini cavanlaşdıran, saçları uzadan ən dadlı payız meyvəsi

Şəfa anbarı naringi

C vitamini ilə zəngin olan naringi bir çox dərdin şəfa mənbəyidir. İltihabın qarşısını alan naringi xolesterin, ürək və xərçəngə qarşı müdafiəedici funksiyaya malikdir.

Xəstəliklərin geniş yayıldığı bu günlərdə mütəxəssislər xəbərdarlıq edirlər ki, C vitamini ilə bol naringi immuniteti gücləndirir. Bu aylarda gündəlik qidalanma rasionunda naringi mütləq olmalıdır. Ləzzətli dad və şirin qoxusu ilə yanaşı, naringi bir çox xəstəliklərin düşmənidir. Tabloid.az bu möcüzəli meyvənin faydalarını belə sıralayıb:

İltihabın qarşısını alır: Tərkibində bədən sağlamlığı üçün lazımi təbii vitaminlər var. C vitamini ilə zəngin olan naringi antioksidant təsiri bağışlayaraq, iltihabın da qarşısını alır.

Kiçik kəsiklərə məlhəm:Kiçik qəzalarda yaranan, çox ciddi olmayan yaraların yaxşılaşma müddətini sürətləndirir.

Dəmir ehtiva edir: Yeməklərdəki dəmiri əmərək orqanizmə faydalı hala gətirir.

Xolesterini tarazlıqda saxlayır: Naringi bağırsaqda xolesteri məhdudlaşdıran pektin və hemi-sellüloz kimi liflərdən ibarətdir.

Yuxusuzluğa son: Axşam yeməklərindən sonra yeyilən naringi sinirləri boşaldır, rahat yatmağınızı təmin edir.

Xroniki xəstəliklərin qarşısını alır: Bir çox meyvədə olduğu kimi naringi də orqanizmin ürək-damar xəstəliklərinə qarşı müqavimətini artırır. Xərçəngə qarşı qoruyur.

Dəri problemlərini aradan qaldırır: A vitamini mənbəyi olan naringi sızanaq kimi dəri problemlərini aradan qaldırır. Qocalmanın əlamətlərini aradan qaldıran bu meyvə, kollagen istehsalını artıraraq sizi hamar bir dəriyə qovuşdurur.

Saçları uzadır: Naringi saçların sürətli uzanmasında da təsirlidir. Həmçinin saç ağarmasını da ləngidir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR