Röya teleaparıcını təhdid etdi - Yeniləndi
Bizi izləyin

Tabloid.az

Röya teleaparıcını təhdid etdi - Yeniləndi

Məşhur müğənni Röya Ayxan ANS TV-nin aparıcısı İsa Şükürovu təhdid edib.

Məşhur müğənni Röya Ayxan ANS TV-nin aparıcısı İsa Şükürovu təhdid edib.

Tabloid.az xəbər verir ki, bu barədə müğənni “İnstagram” bloqunda bunları yazıb:

“Bu gün dedilər ki, İsa Şükürov adında biri efirdə nəsə danışıb. Onu tanıyan olsa deyin ki, Röya dedi ki, ağıllı olsun, yoxsa ağlını alaram. Hinduşkalara söz verilmir. Mənim haqımda ya əsl kişi danışsın, ya da qadın. Adamcıqlara söz verilmir”.

Qeyd edək ki, İsa Şükürov da Röyanın təhdidini cavabsız buraxmayıb. O, Röyanın bir neçə il əvvəl “YouTube”-da yayılan “açıq-saçıq” videosunu paylaşaraq, qarşı tərəfin cavabını verib.

Videonun və statusda istifadə edilən ifadələr senzuradan kənar olduğu üçün dərc etmirik.

İsa Şükürov məsələyə münasibətini bildirib:

“Mən Röya ilə bağlı efirdə heç nə danışmamışam. “Şəbəkə” verilişinin səhifəsində status paylaşılıb. Mən də 447 şərh yazandan biri olmuşam. Röya isə yazdığım şərhə 110 minlik “İnstagram” bloqunda status həsr edərək, məni blok edib. Orada ona cavab yaza bilmədiyim üçün ö səhifəmdə mövqeyimi bildirdim. Sadəcə, əlavə etmək istəyirəm ki, mən müğənni deyiləm ki, Röya kimi məşhur müğənni ilə qalmaqal edim ki, toylarımın sayı artsın. Heç toylara bəzi aparıcılar kimi tamadalığa da getmirəm ki, bu qalmaqaldan nə isə gəlirim olsun. Ona görə məsələnin şişməsini istəməzdim”.

“Şəbəkə” verilişinin linki: https://www.facebook.com/shebeke.ans/photos/a.654756037924736.1073741828.639288689471471/751337581599914/?type=1&theater

Oxumağa davam et
Reklam
Reklam

Gündəm