Gülaydan yeni mahnı: “Mən səninləyəm” - Audio, Fotolar
Bizi izləyin

Tabloid.az

Gülaydan yeni mahnı: “Mən səninləyəm” - Audio, Fotolar

Müğənni Gülay Zeynallı ilk dəfə özünü pop janrında sınayıb.

Müğənni Gülay Zeynallı ilk dəfə özünü pop janrında sınayıb.

Tabloid.az xəbər verir ki, söz və musiqisi Nazim Məmmədova aid olan “Mən səninləyəm” adlı mahnı artıq musiqi sevərlərə təqdim olunub.

Qeyd edək ki, hər zaman xalq və bəstəkar mahnıları oxuyan Gülay ilk dəfə pop janrında musiqi ifa edib.

“Baku Strings” kaman qrupunun üzvlərinin fərqli çalğısını, peşəkar gitara ifaçısı Altan Turan öz improvizələri ilə tamamlayıb. Mahnının aranjemanını və “mix mastering”ini istedadlı musiqiçi Fərid İman edib.

“FDS production”un məhsulu olan “Mən səninləyəm” “YouTube” kanalına iki gün öncə yerləşdirilməsinə baxmayaraq, sürətlə izlənilib.

Yaxın günlərdə “Mən səninləyəm” mahnısına klip də çəkiləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm