Filmlərə rəng qatan dizaynerlər - Filmlərin siyahısı
Bizi izləyin

Tabloid.az

Filmlərə rəng qatan dizaynerlər - Filmlərin siyahısı

Filmlərə rəng qatan dizaynerlər - Filmlərin siyahısı

Kinematoqrafçılar Birliyinin moda dünyası ilə əməkdaşlığı nəticəsində onlarla film lentə alınıb. Əgər bu filmlərdə dizaynerlərin ilhamlanaraq hazırladığı geyimlər olmasaydı, onlar tamamilə başqa cür çəkilərdi. Geyimlər qəhrəmanların xarakterini açmağa, atmosferi tənzimləməyə kömək edir.

Bəzi filmləri məhz dizaynerlər sayəsində baxılır, sevilir. Tabloid.az əbədi klassikaya çevrilmiş həmin filmləri təqdim edirik:

"Şirin həyat" filmi, dizayner Kristobal Balensiaqa

Maraqlıdır ki, Federiko Fellinin geyimlərə görə "Oskar" almış filmində "Balenciaga" filmində bu kolleksiyadan geyim yoxdur. Sadəcə rejissor onun kolleksiyasından ilhamlanaraq onun motivləri əsasında film çəkib.

"Səhər gözəli" filmi, dizayner İv Sen Loran

Dizayner bu filmdə aktrisa Katrin Denevlə tanış olub. Bu dostluq uzun illər davam edib. Sonralar aktrisa başqa filmlərdə də Loran imzalı geyimlər geyinib. Lakin məhz sözügedən film aristrokatlığı, seksuallığı, qadınlığı xüsusi vurğulayıb. Əlbəttə ki, geyimlər sayəsində.

"Enni Holl" filmi, dizayner Ralf Loren

Vudi Allen üçün kostyumlar hazırlayan dizayner qadın ustadan kişiyə çevrilib.

"Mariya Antuantte", dizayner Manola Blannik

Manola Blannik bu filmdə oynayan aktrisa Kirsten Danst üçün 100-lərlə geyim, aksessuar hazırlayıb. Nəticədə Sofiya Koppolanın filmi "ən yaxşı kostyum" nominasiyasında mükafat alıb.

"Koko Şanel", dizayner Karl Laqerfeld

Əlbəttə ki, Odri Totunun oynadığı Anna Fontenin filmində dizayner Karl Laqerfeld olmalı idi. Filmi izləməyə dəyər.

"Beşinci element" filmi, dizayner Jan Pol Qotye

Dizayner Lyuk Bessonun filmi üçün nə az, nə çox düz 954 kostyum hazırlayıb. Həmçinin Brüs Uillisin narıncı "dekoltesinin", Mila Yovaviçin bintlənmiş kostyumunun da müəllifi odur.

"Dahi Qetsbi", dizayner Miuçça Prada

"Prada" həmişə qadın libasları tikib. Çünki qadın geyimləri kişi geyimlərindən daha gözəldir, bu sahədə fantaziyanı sərhədsiz istifadə etmək mümkündür.

"Qara qu quşu", dizaynerlər Keyt və Lora Mallivilər, marka "Rodarte"

Mallivi bacıları bütün balet truppası üçün kostyumlar tikiblər. Və əlbəttə ki, filmdə oynayan aktrisa Natali Portmanın geyimlərinin də müəllifi onlardır.

"Mən məhəbbətəm", dizaynerlər "Fendi", Raf Simons "Jil Sander üçün

Rejissor Luki Quadanın filmində hadisələr İtaliyda baş verir. Gözəl peyzajların fonunda Tilda Suiton kip, zərif, geyimdə çox gözəl görünür. Kişi kostyumlarını "Fendi" markası tikib. Bu film "ən yaxşı kostyum" nominasiyasında "Oskar" alıb.

"Tiffanidə səhər yeməyi", dizayner Yuber Jivanşi

Bu siyahını bu filmsiz təsəvvür etmək mümkün deyil. Jivanşinin hazırladığı bu qara paltarın dəyəri pulla ölçülməz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm