Nəcati Şaşmaza öpüşməyi qadağan etdi
Bizi izləyin

Tabloid.az

Nəcati Şaşmaza öpüşməyi qadağan etdi

24 dəfə təkrarlanan öpüşmə səhnəsi

“Kurtlar vadisi” serialında canlandırdığı Polad Ələmdar obrazı ilə məşhurlaşan aktyor Nəcati Şaşmazla xanımı Nagəhan Qaşıqçı arasında Şeron Stouna görə mübahisə yaranıb.

8 il əvvəl “Kurtlar vadisi”nə Hollivud ulduzu Şeron Stoun qonaq olmuş, Necati Şaşmaz aktrisa ilə öpüşmə səhnəsinə çəkilmişdi. Nəcati həmin səhnənin düz 24 dəfə təkrarlandığını açıqlamışdı.

Şeron Stounu yenidən serialda görmək istəyən Necati Şaşmaz xanımının sərt reaksiyası ilə üzləşib. Nagəhan ərinə öpüşməyi qadağan edib. Nəcati Şaşmaza təzyiq edən Nagəhan öpüşmə səhnələrinin olduğu kadrların saytlardan yığışdırılmasını tələb edib.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm