“İlk dəfə 6 yaşımda əlimə silah almışam” - Foto
Bizi izləyin

Tabloid.az

“İlk dəfə 6 yaşımda əlimə silah almışam” - Foto

Yaraşıqlı aktyor Bred Pitt maraqlı açıqlamaları ilə gündəmə gəlib

“Oskar” laureatı, yaraşıqlı aktyor Bred Pitt maraqlı açıqlamaları ilə gündəmə gəlib.

“Radio Times”-a verdiyi müsahibədə aktyor “Mənim böyüdüyüm yerdə silahlar atadan oğula miras qalır. Mən də ilk silahımı 6 yaşımda olarkən əlimə almışam. Qardaşım atamın silahını aldı, mən isə babamın ov tüfəngini götürdüm”, - deyərək hamını təəccübləndirib.

Oklahomada doğub, Missuridə böyüyən Bred Pitt 8 yaşı olanda isə öz tapancası olduğunu bildirib. Atasının ona silah sevgisi aşıladığını deyən aktyor "Evdə silah olmasa, özümü və ailəmi təhlükədə hiss edərəm”, deyə qeyd edib.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm