• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Kürklə şıq görünməyin 7 üsulu - Fotolar

Kürklə şıq görünməyin 7 üsulu - Fotolar

Podiumlarda tez-tez qarşımıza çıxan kürklər küçə stilində də olduqca populyarlaşmağa başlayıb.

Kürk detalı şərfdan əlcəyə, gödəkçədən çantaya, əlcəkdən ayaqqabıya kimi hər geyim və aksessuarda istifadə olunur.

Əvvəllər küçə stilində kürk birmənalı qarşılanmır, hətta küçəyə kürklə çıxan xanımlar zövqsüzlükdə ittiham olunurdular. Ancaq son illər kürklər müasir dizaynlarla qadınların ürəyini yenidən fəth edib.

Kürklə şıq görünmək üçün onu doğru kombinləmək lazımdır. Tabloid.az sizə 7 şıq kombini təqdim edir:

1.Kürkü çox sevsəniz də, kürk palto geyinməyə cəsarət etmirsinizsə, onda kürk jiletləri sınaya bilərsiniz. Uzun qol bir köynək, ya da koftanın üzərinə geyinəcəyiniz kürk jilet sizi olduqca şıq göstərəcək.

Kürkü jiletlə kombin etdiyiniz zaman aksessuarların sadə olmasına diqqət edin.

2.Kürk gödəkçələr qadınların ən çox sevdiyi geyimlər sırasındadır. Ən çox da ombre modellər xanımların ürəyini fəth edir.

Ombre kürklü palto və gödəkçələr istənilən qadını moda kraliçasına çevirməyə qadirdir.

3. Qeyri-adi modellər stilinizə rəng və əyləncə qatacaq. Odur ki, çılğın modellərdən birini qarderobunza əlavə etməkdən çəkinməyin.

4.Kürklü paltolar sizi qışın soyuğundan qoruyarkən, Hollivud ulduzları qədər ehtişamlı görünməyinizə səbəb olacaq.

Bədən quruluşunuza uyğun kürklü palto alın və onu gündəlik, hətta idman geyimləri ilə kombin edin.

5.Qışda üşümək istəmirsinizsə, qarderobunuzda mütləq kürklü şərflara yer verməlisiniz.

Bu şərflar bütün tərzlərlə uyğunlaşa bilən möhtəşəm aksessuarınza çevriləcəklər.

6.Kürklə şıq görünməyin ən asan üsullarından biri də başdan-ayağa qara geyinməkdir. Başdan-ayağa qaraya bürünün və stilinizə kürkdə əlavə edin. Bu sizi küçə stilinin əfsanəsinə çevirə bilər.

7.Kürkləri maksi paltarlar və ətəklərlə kombin edə bilərsiniz. Bu şıq və zərif görünməyinizə kömək edəcək.

Tabloid.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR