• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Buzun dəriyə müdhiş faydası

Buzun dəriyə müdhiş faydası

Qadınları gözəlləşdirən təbii vasitələrdən biri də buzdur. Buz ilə gələn gözəllik və buzun dəriyə faydaları müdhişdir. Bütün dəri problemlərinə çarə olan buz kubikləri dəri gözəlliyinin qeydinə qalır. Buzun dəri problemlərini yox edəcəyi, gözəlliyinizə gözəllik qatacağınızı heç bilirdinizmi?

1 həftədə gənc və gözəl üzə qovuşa bilmək üçün buzun dəriyə faydasından istifadə etməyinizi tövsiyə edirik. Artıq kimyəvi gözəllik məhsullarına ehtiyac qalmayacaq, onlara buzla son verə bilərsiniz. Buzun dəriyə olan faydası sübut olunub. Lakin bir neçə məqama diqqət etmək lazımdır. Çünki buzu birbaşa dəriyə tətbiq etmək kapilyar damarlara ziyan verə bilər, buna görə də buz kubiklərini bir tənzifə bükəndən sonra dəriyə tətbiq etmək lazımdır.

Sızanaqlara qarşı buz maskası

Buz kubiklərini sızanaq problemi üçün istifadə edə bilərsiniz. Buz dəridəki sızanaqlı bölgəni sakitləşdirir, buzun tərkibindəki soyuq su sızanaqların içindəki yağlı təbəqənin yaxşılaşmasına yardımçı olur. Buz dəridəki qan axınını məhdudlaşdırdığı üçün sızanaq əmələ gəlməsi qarşısı alınmış olacaqdır.

Dəri sıxlaşdırıcı maska

Genişlənmiş məsaməli dəri problemindən əziyyət çəkən şəxslər 30 gün ərzində dəriyə buz kompresi etməlidir. Buz kubikini tənzifə büküb ehtiyatla üz və boyun dərisinə masaj edin.

Günəş yanıqları

Günəş yanıqlarının ağrısını azaltmaq üçün ən yaxşı həll yolu buzdur. Buz kublarına bir neçə damcı gül suyu əlavə edin və incə bir bezə büküb yanıq bölgəyə qoyun. Tezliklə şəfasını hiss edəcəksiniz.

Üzdəki tüklər üçün

Buz kubikləri üzdəki sərt tüklər üçün də təsirlidir. Amma bu, uzun prosesdir, çünki soyuq buz qıl köklərini tədricən öldürür. Hər gün nizamlı olaraq tük diblərini buzla masaj edin.

Göz torbaları və şiş göz qapaqları üçün

Yuxusuzluq, stress, genetik və digər səbəblər göz ətrafının şişinə və pis görüntü əmələ gəlməsinə yol açır. Bu pis görünüşdən xilas olmaq üçün şiş olan nahiyələtə tənzifə bükdüyünüz buzu qoyun, şişin azaldığını fərq edəcəksiniz.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR