Dəbdə yeni meyar: Dəri yubka, şort və şalvarlar - Fotolar
Bizi izləyin

Tabloid.az

Dəbdə yeni meyar: Dəri yubka, şort və şalvarlar - Fotolar

Dəbdə yeni meyar: Dəri yubka

Bu il modanın əvəzolunmaz klassikası hesab edilən dəri ətək modelləri həyatımıza daxil olur. 2013-2014 payız-qış kolleksiyalarında karandaş, mini, uzun, kloş dəri ətəklər ön plandadır. Xüsusilə də asimmetrik kəsimli və fərqli rəngli ətəklər mövsümün favorisidir. Ətəkləri loqolu, mesajlı, qrafik köynəklər və çiçəkli t-şörtlərlə kombin edə bilərsiniz.

Həyatımızı və dolabımızın böyük bir qismini örtən dərilər bu qış da bizimlə olacaq. Amma bu il həyatımıza gəlişi daha fərqli oldu. Yeni trend və əvəzolunmaz dəri yubkalar bu mövsüm qarşımıza müxtəlif modellərdə çıxmağa hazırlaşır.

Qısa, kloş dəri yubkalar

Yayın kloş yubka dəbi, bu populyarlığını payız-qış mövsümündə də davam etdirir. Dəriyə çox yaraşdığını düşündüyümüz bu modelin istifadəsi və kombini də olduqca rahatdır. Açıq rənglə uzlaşdıraraq daha şıq görüntüyə nail ola bilərsiniz.

Qələm ətək modeli

Dəri və qələm ətək model – bunların hər ikisi qadını çox cazibədar göstərən detallardır. Bu modellə dəri parça birləşdiyi zaman çox seksual qadın obrazı yaranmış olur. Obrazı qüsursuz şəkildə tamamlamaq üçün dikdaban ayaqqabıların gücündən istifadə edin.

Mini ətək

Əgər gözəl və uzun ayaqlara sahibsinizsə, mini dəri ətək geyinməməklə böyük səhv edirsiniz. Qadına cazibədar bir hava qatan bu modeli açıq rənglərlə kombin etməyi təklif edirik. Əlbəttə ki, bütün diqqəti üzərinizdə cəmləşdirmək istəyirsinizsə...

Midi dəri yubkalar

Fərqli rəng dəri ətəklər istifadə edərək həyatınıza canlılıq qata bilərsiniz.

Dəri şalvar və lasinlər də qış mövsümünün vazkeçilməz parçalarındandır. Dəri şalvarları şifon köynəklərlə kombin edə bilərsiniz.

Dəri şortları həm ofisdə, həm də həftə sonu üçün kombin edə bilərsiniz. Qara dəri şortları krem rəngi və ya zolaqlı köynəklə, pencəklə geyinsəniz gözəl görünərsiniz.

Dəri donlar qadınlarda həm güclü imic yaradır, həm də qadınlığını ön plana çıxarır. Aksessuar, ayaqqabı və çantanı dəyişərək ofisdən birbaşa mərasimə gedə bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm