Cennifer Lopezin sirləri faş olacaq - Fotolar
Bizi izləyin

Tabloid.az

Cennifer Lopezin sirləri faş olacaq - Fotolar

11 milyon 250 min qarşılığında Ceylonu ifşa edəcəklər

Dünya şöhrətli müğənni Cennifer Lopez yenə keçmiş ərləri üzündən problemlə üzləşib. Belə ki, Amerikanın məşhur nəşriyyat evlərindən biri Lopezin keçmiş həyat yoldaşları Ojani Noa və Kris Cuddaya ulduzun sirlərini açıqlamaları qarşılığında milyonlarla dollar təklif edib.

Nəşriyyat evi ümumilikdə onlara 11 milyon 250 min dollar verəcəyini vəd edib.

Bunu öyrənən Cennifer məhkəməyə müraciət edib.

Xatırladaq ki, daha öncə də Ojani Noa ailə sirlərini paylaşmayacağına söz verərək Cenniferlə müqavilə bağlamasına baxmayaraq, sözünün üstündə durmayaraq yaşadıqlarını kitab halında çap etdirmişdi.

Ceylo bundan sonra məhkəməyə müraciət edərək keçmiş ərindən 545 min dollar təzminat almışdı. Həmçinin kitabın bütün nüsxələri satışdan yığışdırılmışdı.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm