Röyanın möhtəşəm ziyafət libasları və qarderobu - Fotolar
Bizi izləyin

Tabloid.az

Röyanın möhtəşəm ziyafət libasları və qarderobu - Fotolar

Röyanın möhtəşəm ziyafət libasları və qarderobu

Röya Azərbaycanın musiqisinin ən çox sevilən ifaçısı hesab olunur. Seksual, şıltaq, çılğın və nazlı-qəmzəli bu xanım nəinki kişiləri, eləcə də qadınları özünə heyran qoyur. Röya təkcə ifa tərzi ilə deyil, özünəməxsus geyim tərzi ilə də seçilən ifaçılardandır. Səbəbsiz deyil ki, onu bütün stilistlər estradamızın ən yaxşı geyinən stil ikonası adlandırırlar. Onun səsi, ifa tərzi kimi stili də təkrarolunmaz və qeyri-adidir. O, geyim stili ilə xanımların ilham mənbəyinə çevrilib, desək yanılmarıq.

Azərbaycanda bir çox stil ikonası var, ancaq bu ulduz onların hamısından fərqlənir. Çünki onun stilini müəyyənləşdirmək mümkün deyil, bəzən bohem, bəzən klassik, bəzən retro tərzlərinə üstünlük verən bu çılğın ifaçının üz və bədən quruluşu onun hər geyimi sınaqdan keçirməsinə imkan verir. Onun içində çılğın bir qız var və bu qız Röyanı adi, hamı kimi olmaqdan çəkindirir. Onun bu şıltaqlığını bəzən Rihanna ilə də müqayisə edirlər, hətta Azərbaycanın Rihannası kimi də çağırırlar. İfa tərzində oxşarlıq olmasa da, stilində hansısa oxşarlıq olduğu şübhəsizdir.

Nə qədər qəribə görünsə də, bu şıltaqlıq ona çox yaraşır. Röya nə qədər qeyri-adi geyinməsindən asılı olmayaraq, daim cazibədar və seksual görünməyi bacarır. Onu da qeyd edim ki, Röyanın stilinin əsasında seksuallıq dayanır.

Röyanın dəri rəngi ona istənilən rəngləri sınaqdan keçirməyə icazə verir. Buna görə də, ona hansısa rəngin yaraşmadığını konkret olaraq deyə bilmərəm. Əkizlər bürcündən olan ifaçının rəng seçimləri də müxtəlifdir. O, bəzi ifaçılar kimi efirdə hər dəfə qara rəngdə deyil, müxtəlif rənglərdə görünməkdən çəkinmir. Ancaq onun vaz keçmədiyi rənglər ağ, qara və qırmızıdır. Həqiqətən bu rənglər Röyanın cazibəsini vurğulamaq üçün ideal seçimdir.

Dinləycilərini təəccübləndirməyi vəzifəsi hesab edən Röya eyni saç stilində qalmağı sevmir. Onu bu gün qısa saçda, sabah isə gözlənilmədən uzun saçda görə bilərik. Lakin onu ən çox tanıdan təbii qıvırcıq saçı idi.

Röya cazibədar görünmək üçün ancaq qısa və dekolteli geyimlərə müraciət etmir. Onun bədən quruluşu ona istənilən modeli üzərində məharətlə daşımağa imkan verir. Uzun və dar kəsimlər onun siluetini inanılmaz şəkildə gözəl vurğulamağa xidmət edir.

Röya təkcə geyim stili deyil, həm də saç stilləri ilə dəb tendensiyaları yaradır. Demək olar ki, müraciət etmədiyi saç rəngi və kəsimi qalmayıb.

Röya aksessuar seçimində də çılğın xarakterini ortaya qoyur. Belə ki, son dövrlərin aksessuarlardan çox istifadə etmək dəbi ulduza çox yaxındır. Barmaqları üzüklərlə doldurmağı sevir. Amma onların bir-birinə uyğunluq qanunu diqqətdən qaçırmır. İstəyəndə isə zərif qadın obrazına bürünür. Bir üzük və tək qaş sırğa ilə kifayətlənir.

Tabloid.az bu icmalda Röyanın ən yaxşı stillərini - ziyafət, kokteyl və səhnə geyimlərini toplayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm