Təmtəraqlı toyla evlənən cütlüklər daha tez boşanırlar – Araşdırma
Bizi izləyin

Tabloid.az

Təmtəraqlı toyla evlənən cütlüklər daha tez boşanırlar – Araşdırma

Üç min evli cütlük arasında aparılan araşdırma zamanı evlilik üzüyü və toy xərcləri ilə cütlüklərin evli qalma müddətləri qarşılaşdırılıb

ABŞ-ın Emory Universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırmanın nəticələri hamını təəccübləndirib.

Üç min evli cütlük arasında aparılan araşdırma zamanı evlilik üzüyü və toy xərcləri ilə cütlüklərin evli qalma müddətləri qarşılaşdırılıb.

83253650

Məlum olub ki, üzüyə iki min dollardan daha az pul verən cütlüklərin boşanma riski, iki min dollardan daha bahalı üzük alanların boşanma riskindən daha azdır.

Araşdırmanın nəticələrinə görə, toy üçün 20 min dollardan çox pul xərcləyənlər boşanmağa (3,5 dəfə) daha meyilli olurlar.

159005296

Tədqiqatçılar toya daha çox pul xərcləyən cütlüklərin borc, stress kimi səbəblərdən münasibətlərinin korlandığını bildirirlər. Ona görə də hamıya ayağını yorğanına görə uzatmaq və toy hazırlıqları üçün borca girməmək məsləhət olunur.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm