Ulduzlardan ilham alın: Möhtəşəm dəri kombinlər - Fotolar
Bizi izləyin

Tabloid.az

Ulduzlardan ilham alın: Möhtəşəm dəri kombinlər - Fotolar

Bir vaxtlar dəri şalvarlar rok ulduzlarının simvoluna çevrilmişdi

Bir vaxtlar dəri şalvarlar rok ulduzlarının simvoluna çevrilmişdi. Ancaq moda dəri şalvarları gündəlik həyatımıza daxil etməyə nail oldu. Bunda məşhur ulduzların da rolu az deyil. Bir çox ulduz lasinilərdən, bol kəsimli şalvar modellərinə kimi bir çox geyimdə dəriyə üstünlük verirlər.

Sizin üçün dəri trendi ilə ayaqlaşaraq ən yaxşı kombinlər edən ulduzları araşdırmışıq. Rozi Hantinqton-Uaytli bədən quruluşunun ideal olması sayəsində istədiyi bütün modelləri sınaqdan keçirə bilir. Bu fotoda gözəl model dəri şalvarını belində kəmər olan pencəyi ilə tamamlayıb.

Yaşıl rəngli dəri şalvarını qəhvəyi rəngli çəkməsi ilə tamamlayan Rozi möhtəşəm görünür.

Podiumların çılğın simalarından biri Jordan Dann dəri lasini xəstəsidir. İdman ayaqqabısı, dəri lasini və “Alexander Wang” markasının koftası ilə olduqca şıq görünür.

Rihanna da dəri kombinləri sevən ulduzlardandır. Seksual ulduz qara dəri paltosu, “Proenza Schouler” şalvarı ilə cazibədarlığını vurğulayıb.

Model Kendall Cenner qara rəngli lasinilərlə kombin etməyi çox xoşlayır. O, adətən bu tipli lasiniləri dar bluzlarla tamamlayır.

Keyt Moss isə tez-tez dar dəri şalvarlar geyinir. Kombinini şıq pencəyi ilə tamamlayan Keyt stil ikonası olduğunu bir daha sübut edib.

Miranda Kerr də möhtəşəm dəri kombinləri ilə qadınlara nümunə olur. Qara rəngli dəri lasinisini ağ-qara cizgili koftası və boz paltosu ilə kombin edən model şıqlığını şapka və ayaqqabıları ilə vurğulayıb.

Cazibədar aktrisa Cessika Alba dəri şalvar dəbi ilə ayaqlaşan ulduzlardandır. Cessikanın fərqli modellərdə onlarla dəri şalvarı olduğu deyilir.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm