Saçları uzadan maska
Bizi izləyin

Tabloid.az

Saçları uzadan maska

Uzun saçlara qovuşmaq elə də çətin deyil. Bunun üçün sizə təqdim etdiyimiz maskanı həftədə iki dəfə tətbiq etməyiniz kifayət edəcək

Hər qadın uzun, parıltılı, gur saçlar arzulayır. Ancaq ətraf mühitin çirkliliyi, qidalanma tərzi, stress kimi bir çox səbəblərdən saçlarımız tökülür və ya uzanması aylarla vaxt alır.

Lakin uzun saçlara sahib olmaq elə də çətin deyil. Bunun üçün sizə təqdim etdiyimiz maskanı həftədə iki dəfə çəkməyiniz kifayət edəcək. Saç uzatmaq üçün ən yaxşı maska hesab olunan bu qarışım gündəlik istifadə etdiyimiz və apteklərdə rahatlıqla tapa biləcəyiniz vasitələrdən hazırlanır.

Tərkibi:

1 qaşıq hindqozunun içi

2 qaşıq qatıq

1 qaşıq zeytunyağı

1 ədəd yumurta sarısı

1 qaşıq darçın

1 qaşıq zəncəfil

Hazırlanması:

Bütün bunları bir qaba qoyub zəif odda 3 dəqiqə qızdırın. Daha sonra bunu saçlarınıza və saç dibinə çəkib, masaj edin. Başınıza sellofan papaq taxıb 60 dəqiqə gözləyin. Daha sonra saçları şampunla yuyun. Durulayıb yaxşıca qurudun.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm