Qırışlara qarşı təbii maska reseptləri
Bizi izləyin

Tabloid.az

Qırışlara qarşı təbii maska reseptləri

Qırışlara qarşı təbii maska reseptləri

Yaş irəlilədikcə dəridə meydana gəlməyə başlayan incə qırışlara nə qədər erkən müdaxilə etməyə başlansa, o qədər yaxşı nəticələr də əldə etmək mümkün olur. Qırışıqlara qarşı təbii maskanı evdə özünüz də çox asanlıqla hazırlaya bilərsiniz. Dərinizdə meydana gələn incə qırışlara maya maskası ilə mane olmaq öz əlinzidədir. Hər dəri tipi üçün ayrı maska istifadə etməyin vacibliyini heç vaxt unutmayın. Məhz dəri tiplərinə görə qırışlara qarşı təbii maskaların hazırlanma qaydası:

Yağlı dəri üçün: Bir yemək qaşığı mayanı krem konsistensiyasına gələnə qədər oksigenli su ilə qarışdırın. Daha sonra üzünüzə çəkib 20 dəqiqə gözlədikdən sonra ilıq su ilə yaxalayın.

Quru dəri üçün: Bir yemək qaşığı mayanıkrem konsistensiyasına gələnə qədər zeytun yağı ilə qarışdırın.

Normal dəri üçün: Bir yemək qaşığı mayanı krem konsistensiyasına gələnə qədər süd ilə qarışdırın.

Bütün əldə edilən qarışıqları yaxşıca çaldıqdan sonra üzə çəkilir və 20 dəqiqə qədər saxlanılır. Dəri sallanması və qırışlara qarşı təbii maskaları həftədə bir dəfə təkrar etməyiniz kifayətdir. Maskanı üzünüzə çəkdikdən sonra gözləmə müddətində mütləq kürək üstə uzanaraq istirahət etməyiniz lazımdır. Bu yatış yalnız maya maskası üçün deyil, bütün maskalarda da əməl etməli olduğunuz qaydadır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm