Sosial şəbəkədə “rəsmi səhifə” statusunu alan ilk azərbaycanlı aktyor
Bizi izləyin

Tabloid.az

Sosial şəbəkədə “rəsmi səhifə” statusunu alan ilk azərbaycanlı aktyor

Tanınmış kino aktyor və rejissor Ruslan Sabirli daha bir ilkə imza atdı. Tabloid.az xəbər verir ki, aktyor “Facebook” sosial şəbəkəsində yalnız tanınmışlara verilən “rəsmi səhifə” statusunu alan ilk azərbaycanlı aktyor olub.

Tanınmış kino aktyor və rejissor Ruslan Sabirli daha bir ilkə imza atdı. Tabloid.az xəbər verir ki, aktyor “Facebook” sosial şəbəkəsində yalnız tanınmışlara verilən “rəsmi səhifə” statusunu alan ilk azərbaycanlı olub.

“Sənə inanıram” və “Muradına çatan Günəş” seriallarından tamaşaçıların yaddaşında Həmid və Murad kimi qalan sənətçi saytımıza bu barədə məlumat verib:

“Artıq hər dəfə yeni bir ilkə imza atmaq məndə adət halına çevrilib. Bilirsiniz ki, bir müddət əvvəl Rusiyanin ən iri sosial şəbəkəsi olan “Odnoklassniki” saytındakı profilimə “rəsmi səhifə” statusu verilmişdi. Bu dəfə isə dünyanın ən populyar “Facebook” sosial şəbəkəsindəki profilimə saytın administrasiyası tərəfindən yalnız tanınmış və məşhur insanlara təqdim edilən “rəsmi səhifə” statusu verildi. Ad və soyadımın qarşısındakı göy dairə həmin səhifənin həqiqətən məhz mənə məxsus olduğunu təsdiq edir. Bundan sonra pərəstişkarlarımı profilimə abunə olmağa dəvət edirəm və məni digər yalan profillərlə səhv salmayacaqlarına inanıram.

Onu da qeyd edim ki, istər “Facebook”, istərsə də “Odnoklassniki” sosial şəbəkələrində “rəsmi səhifə” statusunu alan ilk azərbaycanlıyam”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm