Göbəyi ilə fenomenə çevrilən cazibədar gözəlçə - Fotolar
Bizi izləyin

Tabloid.az

Göbəyi ilə fenomenə çevrilən cazibədar gözəlçə - Fotolar

“Sinəmdə silikon yoxdur”

Türkiyənin ən gözəl və ən cazibədar modellərindən biri, hətta birincisi Özgə Ulusoydur desəm, yəqin ki, heç kim mənə etiraz etməz. Aparıcılıq da edən gözəl model yaşadığı eşq macəraları, geyimi, gözəlliyi ilə özünü diqqət mərkəzində saxlamağı bacarır.

Bütün bunları nəzərə alaraq tabloid.az Özgə Ulusoyun Türkiyə mətbuatına verdiyi müsahibəsini “Şirin söhbət” layihəsi çərçivəsində sizə təqdim edir.

Özgə Ulusoyu daha yaxından tanımaq və gözəllik sirlərini öyrənmək istəyirsinizsə, bu müsahibəni mütləq oxumalısınız.

- Necəsən, Özgə?

- Qonşunun qızı kimi.

- Necə yəni?

- Yəni, normal gənc qızlar kimi yaşıyıram. Məşhur olduğum üçün insanlar qəribə həyat tərzim olduğunu düşünürlər. Məsələn, məni metroda görəndə təəccüblənirlər. Maşınım yoxdur deyəndə inanmırlar. Halbuki, mən də normal həyat yaşayıram, hamı kimiyəm.

- İctimai nəqliyyat vasitələrindən tez-tez istifadə edirsən?

- Hə, metrodan çox istifadə edirəm. Amma avtobusa minmirəm, çox insan olur.

- Həyatında yaşla bərabər nələr dəyişir?

- Mənim özümü tanımağım, aydınlanmağım 30 yaşdan öncə baş verdi. Əvvəllər qərar verərkən çox tərəddüd edirdim, fikrim qarışırdı. İndi isə nəyi bəyənib bəyənmədiyimi, nəyi sevib sevmədiyimi dəqiq bilirəm.

- Elə bil, geyim tərzin də dəyişilib.

- Elə də böyük dəyişiklik yoxdur. Gündəlik həyatda yenə cins şort, mini ətək geyinirəm. Amma zövqüm bir az dəyişilib. Kamera önündə daha zərif geyimlərə üstünlük verirəm. Buna səbəb həm də indi işlədiyim, gəzdiyim, əyləndiyim məkanların da dəyişməsidir. Əvvəllər vaxtımın çoxunu gecə klublarında keçirirdim, indi isə elə yerlərə getməkdən zövq almıram. Dostlarımla restoranda yemək yeyərkən söhbət etmək daha çox xoşuma gəlir.

- Yəni qarşımızda yeni bir Özgə var.

- 10 il öncəki Özgə ilə indikini müqayisə edəndə indi daha ağıllı, daha çalışqan və hətta daha gözəl olduğumu görürəm. Deyirlər ki, çoxlu sayda estetik əməliyyatlar etdirmişəm, yalandır!.

“Sinəmdə silikon yoxdur”

- Üzündə ilk qırışları müşahidə edirsən?

- İki qaşımın arasında ilk qırışımı gördüm (Gülür). Mən danışanda mimikalardan çox istifadə edirəm, deyəsən ona görə üzüm qırışır. Amma normaldır, qırışlardan qorxmuram.

- Üzündə botoks var?

- Qaşımın ortasında var. Üzü tamamilə dəyişmədən və sağlamlığa zərər vermədən özünü gözəlləşdirməyə imkanın varsa, məncə bundan istifadə etmək lazımdır. Məqsədim gözəl qocalmaqdır. Əlimizdə bu imkanlar var, texnologiya inkişaf edib, niyə bundan istifadə etməyim?! Lazım gəlsə başqa estetik proseduralardan da istifadə edəcəyəm.

- Məsələn, hansı estetik əməliyyatları etdirməyi planlaşdırırsan?

- 10 il sonra üz dartdırma əməliyyatı etdirə bilərəm. Texnologiya sürətlə inkişaf edir, artıq ağrı-acı olmur, tez sağalırsan, kəsib-biçmirlər.

- Döşlərin silikondur?

- Xeyir, Döşlərimin və burnumun estetik möcüzəsi olduğu deyilir. Ancaq bu söz-söhbətlər yalandır. Bədənimdə silikon yoxdur. Olsa deyərdim, burda gizlədilməli nə var ki?

“Göbək dəliyim fenomendir”

Özge Ulusoy'un göbeğine uzman yorumu

- Qollarının çox arıq, incə olması hamının diqqətini çəkir.

- Hə, bir də bunu çox müzakirə edirlər. Başa sala bilmirəm ki, qollarım həmişə incə olub. Atamın da qolları arıqdır, ona oxşamışam. İdman edirəm, amma qalınlaşmır.

- Əvvəllər göbək dəliyin çox müzakirə olunurdu. Göbək dəliyinin standartdan daha yuxarıda olması hamının diqqətini çəkmişdi. Sosial şəbəklərdə hamı səndən danışırdı.

- Göbək dəliyim bir fenomenə çevrilib (Gülür). Göbəyim haqqında xeyli yazılar yazılıb. Göbək dəliyim artıq obraz halına gəlib. Şahan Gökbakarın filmində belə göbək dəliyimdən bəhs edilib.

Deyirlər ki, guya qarnımı dartdırmışam deyə, göbək dəliyim yuxarı qalxıb. Anadangəlmə belədir. Əslində müzakirə mövzusuna çevrilən fotolardakı qədər yuxarıda deyil. Orada bikini seçimim yanlış idi və qollarımı da yuxarıya qaldırmışdım deyə, elə düşüb. Yəni göbək dəliyim döşlərimin arasında yerləşmir (gülür). Bununla bağlı çox gülməli zarafatlar eşidirəm. Bir dəfə sosial şəbəkədə yazmışdılar ki, “Bir neçə il sonra göbək dəliyi o qədər yuxarı qalxacaq ki, ağzının yerini alacaq”. Amma mən göbək dəliyimi sevirəm. Əvvəllər də demişəm ki, Karolina Kurkovanın göbək dəliyi yoxdur, o, bunu problem etmir, mən niyə bunu özümə dərd edim ki?

- Hazırda neçə kilosan?

- 53 kiloyam. Boyum 1.78 santimetrdir. Normal çəkidəyəm. Sağlam qidalanıram, ürəyim istəyəndə az da olsa çipsi, partlamış qarğıdalı kimi zərərli çərəzlərdən də yeyirəm. İdman edirəm. Yenə bəziləri iddia edirlər ki, guya yemək yemirəm, yediklərimi qaytarıram və bu şəkildə ideal çəkidə qalıram. Elə olsaydı saçlarım tökülərdi, dərimin rəngi belə sağlam olmazdı.

- Səni yaraşıqlı aktyor Çağatay Ulusoy ilə qohum hesab edirlər. Həm soyadınız eynidir, həm də bir-birinizə bənzəyirsiniz.

- Çoxları bizi qohum hesab edir. Hətta Çağatayı qardaşım sananlar da var. Buradan açıqlayıram, heç bir qohumluq əlaqəmiz yoxdur.

“Ağıllı olmağı seçərəm”

- Səncə bir qadının gözəl, yoxsa ağıllı olması daha önəmlidir?

- Əlbəttə, zəka daha önəmlidir. Təkcə gözəl olmaq insana heç nə vermir. Belə nümunələri çox görürük. Ancaq həm ağıllı, həm də gözəl olan qadın həyatda çox üstünlük əldə edər. Buna baxmayaraq, gözəl olmasa da həyatda uğur əldə etmiş çoxlu qadınlar var. Məsələn, elmlə məşğul olan qadınları buna misal göstərə bilərəm. Gözəlliklə zəka arasında seçim etməli olsaydım, zəkanı seçərdim. Çünki ağıllı qadın öz ayaqları üzərində dayana bilir və özünü gözəlləşdirməyi də bacarır.

- Gözəlliyin mənfi tərəfləri ilə üzləşmisən?

- Mən gözəllik yarışması sayəsində tanınmışam, bu aləmə gözəlliyim sayəsində addım atmışam. Ona görə də gözəlliyimdən şikayət edə billmərəm. Amma bəzi mənfi tərəfləri də var. Məsələn, insanlar ağıllsız olduğunuzu düşünürlər. Belə bir fikir var ki, gözəl qadın ağıllı ola bilməz. Ancaq ağıılı olduğunuzu görəndə qorxmağa, uzaqlaşmağa başlayırlar. Xüsusilə, bu münasibəti kişilərdən görürsən. Saf və axmaq olduğunuzu düşünüb istifadə etmək üçün yaxınlaşanlar, sonradan düşündükləri kimi olmadığınızı görəndə qorxub qaçırlar.

Əslində bu, çox xoşuma gəlir. Çünki ağıllı, güclü, özünə güvənən kişi axmaq qadın istəməz, ağıllı qadın istəyər. yəni axmaq kişilər onsuz da məni bəyənməsələr yaxşıdır.

“Şəxsi həyatımda hər şey axarındadır”

- Kişinin hansı xasiyyətinə dözə bilməzsən?

- Yalana dözə bilmərəm. Bu sadəcə kişilər üçün deyil, həyatımdakı hamı üçün keçərlidir. Bir də xəyanətə dözə bilmərəm. Eqosu çox olan adamlara da həyatımda yer yoxdur.

- Hacı Sabancı ilə yenidən barışdın. Münasibətiniz necədir?

- Hər şey qaydasındadır. Şəxsi həyatım haqqında danışmağı sevmirəm. Adı üstündədir də, şəxsi həyat.

- Sənin ərə getməyi çox istədiyini deyirlər.

- Bunu heç başa düşmürəm də. Bütün məşhur qadınlarla bağlı belə imic formalaşdırılır. Guya ki, qadın evlənmək istəyir, amma kişi istəmir. Bunu bir dəfəlik anlasınlar ki, hər qadın evlənmək üçün yanmır. Ətrafımda evlilik haqqında düşünməyən onlarla qadın var. Kimdənsə ayrılanda “Evlənə bilmədi”, “Bəyin ailəsi istəmədi” kimi başlıqlarla xəbər yazırlar. Mən hələlik evlənməyi düşünmürəm.

- Neçə yaşında ana olmaq istəyərsən?

- Nə vaxt özümü hazır hiss etsəm, onda. Hələlik ancaq özümə baxa bilirəm. Hələ vaxtı deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm