• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Astroloji proqnoz - 17 oktyabr

Astroloji proqnoz - 17 oktyabr

QOÇ – Təxminən saat 13-dən başlayaraq şərikli iş görmək üçün şanslarınız artacaq. Bundan maksimum yararlanmağa çalışın. Allahın buyurduğu savablardan istifadə edin. Uzaq yola çıxmağa lüzum yoxdur.

BUĞA – İlk öncə bilməlisiniz ki, bu təqvim daxili tərəddüdlərinizi kifayət qədər səngidəcək. İşgüzar görüşlərdə iştirak etmək üçün böyük şanslarınız da olacaq. Uzaq səfərləri isə mümkün qədər təxirə salın.

ƏKİZLƏR – Hər şeydən əvvəl sağlamlığınızın qayğısına qalın. Qonşu və qohumlarınızla münasibətlərə xələl gəlməsinə macal verməyin, çox təhlükəlidir. Bu gün əlinizə düşən pulları boş məsrəflərə xərcləməyin.

XƏRÇƏNG – Görünür, ünsiyyətdə olduğunuz insanları kifayət qədər yaxşı tanımırsınız. Çünki dəflərlə müşahidə etsəniz də onlara yenə inanırsınız. Bir az diqqətli olsanız, günboyu heç bir qanqaraçılığı ilə üzləşməyəcəksiniz.

ŞİR – Çoxsaylı işgüzar görüşlər, perspektivli və yeni əlaqələr istər fəaliyyət zəminində, istərsə də qarşılıqlı münasibətlərdə sizə böyük səmərə verəcək. Pulla bağlı olan çətinlikləriniz də aradan qalxmağa başlayacaq.

QIZ – Bütün astroloji göstəricilər ümumi ovqatınızın yüksək olacağını bildirir. Qətiyyən passivləşmək olmaz. İşgüzar görüş və müzakirələrinizi intensivləşdirin. Amma məhəbbət amili də yaddan çıxmasın.

TƏRƏZİ – Bütün gücünüzlə ətrafınızdakı problemlərin ən kiçiyindən başlayaraq həll edin. Özünüzü qələbəyə tənzimləyin. Onu da unutmayın ki, ürəyinizdə eşq varsa, fani dünyanın əzablarına məğlub olmayacaqsınız.

ƏQRƏB – Qarşınızda duran bu zaman kəsiyindən fövqəladə bir şey gözləməyin. Belə ki, istər fəaliyyət zəminində, istərsə də qarşılıqlı münasibətlərdə ümumi axar passiv olacaq. Yalnız istirahətə yer ayırın.

OXATAN – Köhnə dostlarınızın köməyi ilə mövcud çətinliklərinizi dəf edəcəyinizə inanın. "Hər şeyin təzəsi, dostun köhnəsi" fikrinə ciddi yanaşın. Bu gün pulla bağlı da probleminiz olmayacaq.

OĞLAQ – Beyninizdə olan gözəl və qazanclı ideyaları tətbiq edin. Boş durmaq sizi ruhən xəstələndirə bilər. Ağıllı sandığınız insanlarla bir araya gəlin. Oturaq işlərə, kompüterə aludə olmağa ara verin.

SUTÖKƏN – Keçmişin acılarına qapılmaq sizə ağır zərbə vura bilər. Bir az nikbin olun, dünyanı, insanları sevin. Ulduzlar nahardan sonra bu istiqamətdə sizə şans yaradacaq. Yaxşı qidalanın.

BALIQLAR – Daha çox səhhətinizə fikir verin ki, qarşıdakı həftənin vəzifələrini həyata keçirə biləsiniz. Bu gün başlıca probleminiz olan maliyyə çətinlikləri qismən də olsa, qaydasına düşəcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR