Pendir sousunda toyuq ruleti - Fotolar
Bizi izləyin

Tabloid.az

Pendir sousunda toyuq ruleti - Fotolar

Tabloid.az dadlı pendir sousunda toyuq ruletinin reseptini təqdim edir:

Tabloid.az dadlı pendir sousunda toyuq ruletinin reseptini təqdim edir:

İnqrediyentlər:

Toyuq döşü - 8 parça, 400 qram

Vetçina - 8 dilim, 250 qram

Yumşaq pendir - 8 dilim, 200 qram ,

Bərk pendir - 50-80 qram

Zövqə görə duz, istiot, kəklikotu.

Sous:

250-300 qram xama

duz, istiot

1-2 diş sarımsaq,

xardal - 1-2 çay qaşığı

50 ml quru ağ çaxır

kəklikotu

Hazırlanma qaydası:

Toyuq döşünü qida sellofanının arasına qoyun mətbəx taxtasının üzərində döyəcləyin. Duz, istiot, bitkilər səpin. Toyuq döşünün ölçüsü vetçinanın ölçüsu ilə təxminən eyni olmalıdır.

Zəruri komponentlərdən sous hazırlayın. Bütün ərzaqları qarışdırın.

Sousu soba tavasına tökün.

Əzilmiş ətin üzərinə 1 dilim vetçina, 1 dilim pendir qoyun, üzərinə quru kəklikotu səpin.

Rulet formasında bağlayın və sous tökdüyünüz tavaya qoyun.


Üzərinə sürtgəcdən keçirilmiş bərk pendir səpin, 200 dərəcə isidilmiş sobada 20 dəqiqə bişirin.

Qarnir üçün düyü, qarabaşaq, kartof qızartması, püresi istifadə edə bilərsiniz.


Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm