Pişik naxışlı geyimlər dəb zirvəsini rəsmən ələ keçirib - Fotolar
Bizi izləyin

Tabloid.az

Pişik naxışlı geyimlər dəb zirvəsini rəsmən ələ keçirib - Fotolar

Pişik naxışlı geyimlər dəbin zirvəsini ələ keçirib

Pişiklər nə vaxt dəbdən düşüb ki? Heç bir zaman! Pişik forması dəb dünyasında tez-tez istifadə edilir. Belə bir məsəl var ki, “Qadınlar və kişilər istədikləri kimi hərəkət edirlər”. Bəlkə də ona görədir ki, pişik şəkilləri dəb dünyasına daxil ola bilib. Qadınlarla pişikləri bir-birinə bağlayan bir neçə məqam var. Hər ikisi nazlı-qəmzəli və eqoist olurlar... Tabloid.az xəbər verir ki, bu mövsüm pişik surətləri çox aktual olacaq.

Pişik siluetləri, pişik surətləri, pişik eynəklər, pişik gözü makiyajı və böyük pişiklərin naxışları moda dünyasında mütəmadi olaraq istifadə edilən detallardan olub. Ancaq son zamanlarda küçə dəbi bu "pişik" surətini daha da populyar hala gətirib. Şirin pişik qulaqlarının yer aldığı şlyapalar, beretlər, taclar, pişik formasında çantalar, pişik naxışlı sviterlər və qolsuz köynəklər küçə dəbini rəsmən ələ keçirib!

Bir neçə mövsümdür ki, yüksəlməyə davam edən bu "şirin" trend, hər geyim hissəsində qarşımıza çıxır. Xüsusən pişik qulaqlarının yer aldığı beret və şlyapalar küçə dəbinin ən çox üstünlük verilən aksessuarlardan biridir. Üzərində pişik şəkli olan çantalar, sviterlər sizləri möcüzələr diyarına səyahətə aparacaq. Mənim də çox xoşuma gəlir, fotolara baxmağa doymuram. Bəyəndiyim fotoların bir neçəsini bu yazıda toplamaq istədim. Ümid edirəm ki, bəyənərsiniz.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm