Ölümqabağı peşman olmamaq üçün bunları edin! - Fotolar
Bizi izləyin

Tabloid.az

Ölümqabağı peşman olmamaq üçün bunları edin! - Fotolar

Biz hamımız səhv edirik, bəziləri ilə bağlı təəssüflənirik, peşmançılıq çəkirik. Amma yaşlandıqca insanlar həyata keçirə bilmədikləri ideyaları, planları, işləri ilə bağlı daha çox peşmançılıq çəkməyə başlayırlar.

Biz hamımız səhv edirik, bəziləri ilə bağlı təəssüflənirik, peşmançılıq çəkirik. Amma yaşlandıqca insanlar həyata keçirə bilmədikləri ideyaları, planları, işləri ilə bağlı daha çox peşmançılıq çəkməyə başlayırlar. Çevrilib yaşadığımız həyata baxanda indi bəzi məsələlərdə fərqli mövqe tuta biləcəyimiz haqqında düşünürük.

Həmin anı gözləməyin, ölmədən, yaşlanmadan öncə həyatınıza nəzər salın. Tabloid.az yaşadığınız həyatı boşuna keçirməyinizdən təəssüflənməməkdən ötrü, motivasiya üçün 25 vacib hərəkət haqqında məlumat verir.

1. Əgər imkanın varsa, çox səyahət et! Yaşlaşdıqca bu, daha çətin olur.

2. Xarici dilləri öyrənin, bu imkanın varsa, fürsəti əldən vermə!

3. Qeyr-sağlam münasibətlərə son ver. Bu, çətin ola bilər, amma layiq olmayan insana niyə vaxt sərf edəsən ki?!

4. Günəş əleyhinə kremlərdən istifadə edin. Günəş şüaları nəinki üzdə qırışlar, həm də dəri xəstəlikləri yarada bilər.

5. Sevdiyin ifaçıların konsertlərinə get. Sevdiyin qrupun dağılmayacağına heç kim təminat verə bilməz.

6. Qorxduğun üçün hansısa addımı atmaqdan çəkinmə. Bəzən qorxu hissi bizi dayandırır və biz qarşımızda açılan fürsətləri əldən buraxırıq.

7. Formada qalın. Yaşlandıqca fiziki formada olmağın əhəmiyyəti daha çox nəzərə çarpır.

8. Özünü kəşf et. Sosial və ailədəki rolunla kifayətlənmə.

9. Məmnun qalmadığın işdən çıx. Bəlkə yeni iş tapmaq çətin olacaq, lakin sənin xoşbəxt etməyən işdə həyatını çürütmə.

10.Məktəbdə yaxşı oxumağa çalış. Bilik həyatda çox vacibdir. Üstünlüklərdən faydalan.

11. Unutma, sən gözəlsən. Dünyada gözəlliyi müəyyənləşdirən o qədər meyar var ki.

12. Tez-tez "Mən səni sevirəm" de. Sevdiyin insan varsa, hisslərini dilə gətirməkdən çəkinmə.

13. Valideynlərinin sözünə qulaq as. Onların təcrübəsi səndən çoxdur.

14. Unutma dünya sənin və sənin cavanlığının ətrafında fırlanmır. Özünə bu qədər aludə olma.

15. Xoşbəxtlik daxildən gəlir, başqalarının sənin haqqında nə düşündüyünə əhəmiyyət vermə.

16. Öz arzularına inan. Sənin arzuların əhəmiyyətlidir, başqalarının nə arzuladığı haqqında düşünmə.

17. Tez qərar qəbul et. İlk qərar ən düzgünüdür.

18. Əfv et.

19. Prinsiplərinə sadiq qal. Başqaları səninlə razılaşmasa da, sözlərinin arxasında dayan.

20. Xeyriyyə tədbirlərində iştirak et. Bu, təkcə başqaları üçün deyil, sənin üçün də əhəmiyyətlidir.

21. Dişlərinin qayğısına qalın.

22. Nənə və babalarınızla ünsiyyətdə olun. Onların müdrikliyindən pay götürün.

23.Boş vaxtlarınızda işləməyin. Əgər həmişə çalışsanız, gözəl məqamları yaşamağı əldən buraxacaqsınız.

24.Özünün şah xörəyini müəyyənləşdir, qohumlarını, dostlarını qonaq elə.

25. Hər andan zövq al. Dünyada nə baş verdiyinə diqqət yetir, telefonda yatıb qalma.

Həmişə həyatını yaxşılaşdırmaq üçün vaxt var. Həyatın sənə bəxş etdiyi fürsətləri əldən buraxma. Sirlərini dostlarınla bölüş!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm