• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Bütün nəzərləri qadın sinəsinə toplayan aksessuar dəbi - Fotolar

Bütün nəzərləri qadın sinəsinə toplayan aksessuar dəbi - Fotolar

1990-cı illərin dəbi bizi dörd bir tərəfdən əsir almış vəziyyətdədir. Crop Toplar, Slip paltarlar, rəngli örpəklər, dama-dama parça və cırılmış cinslər bu il çox aktualdır. O illərdən bu günümüzə qayıdış edən daha bir aksessuar trendi ilə üzləşirik: xalta kolyelər.

Uzun və zərif boyunlara daha çox diqqət çəkən, paltara üsyankar hava qatan, bəzən bir yaxalıq qədər qəşəng duran xalta boyunbağılar 2014-2015 payız-qış mövsümünə ciddi dönüş etdiyini qeyd etmək lazımdır.

Choker, yəni xalta, yaxud kəmər boyunbağının tarixinə baxanda əslində, uzun illərdir dəb dünyasında yerini möhkəmləndirən aksessuar olduğunu görürük. 1800-cü illərdə tez-tez istifadə edilən bu boyunbağıları əsasən balerinalar taxardılar. Ancaq bir müddət sonra kəmər boyunbağılar kübarların ən sevimli bəzəklərindən biri halına gəlir. Qiymətli daşlar və zinətlərlə bəzənmiş xalta boyunbağılar zadəganların boyunlarını bəzəyərkən, eyni zamanda, sosial status göstəricisi olur. Yalnız zadəganların və zəngin qadınların istifadə etdiyi dəbdəbəli zinət əşyası halını alır.

Hazırda dəbi yaxından izləyən xanımlar da xalta boyunbağılardan bol-bol istifadə edirlər. Əvvəllər boyuna qara lent bağlayaraq, ortasına müxtəlif qaş qoyularaq kəmər boyunbağı dəbinə əməl edilərdi. Uzun illər sonra moda dünyasında baş verən partlayışdan sonra xalta boyunbağılar klassikaya çevrilir. Hazırda xalta boyunbağıları hər təbəqədən olan xanımların boyunda görə bilərdik. Son bir neçə ildir 90-cı illərin möhtəşəm qayıdışı kimi qiymətləndirilən və yaxalıq görüntüsü verən boyunbağılar yeni dəb trendinin yaranmasına səbəb oldu.

Xalta boyunbağılar demək olar ki, bütün paltarlarla harmoniya təşkil etsə də, sinəsi açıq geyimlərlə daha gözəl qalır. Qızılı, gümüşü, ya da daşlarla bəzədilmiş qalın boyunbağılar boynu əhatə edən şəkildə nizamlanıb və boyunda olduqca qəşəng görünür.

Tabloid.az xalta boyunbağılara aid bir neçə nümunə toplayıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR