“Toydan əvvəl” nələr baş verəcək? - Video
Bizi izləyin

Tabloid.az

“Toydan əvvəl” nələr baş verəcək? - Video

ATV telekanalında yeni verilişin nümayişinə başlanılır.

ATV telekanalında yeni verilişin nümayişinə başlanılır.

Bu haqda məlumatı Tabloid.az-a tanınmış teleaparıcı Samir Bayramlı verib. O, bildirib ki, aparıcısı olduğu “Toydan əvvəl” adlanan veriliş lisenziyalıdır:

“İndiyədək analoji veriliş İsraildə nümayiş olunub. Bu layihəni nə Türkiyədən, nə də Rusiyadan götürməmişik. Başqaları bu layihəni bizdən sonra təkrarlayacaqlar”.

S.Bayramlı deyib ki, nümayişinə bu ayın sonunda start veriləcək verilişdə ailə qurmağa hazırlaşan cütlüklər iştirak edəcəklər. Veriliş efirə hər həftə gedəcək:

“Bizə bir çox cütlüklər müraciət edirlər. Elə cütlüklər olur ki, yarışmanın şərtləri ilə tanış olandan sonra özləri oyundan imtina edirlər. Elə cütlüklər də olur ki, biz onları istəmirik. Onları dünyagörüşünə, yaş kriteriyalarına görə seçirik. Bizim cütlüklər arasında dövlət idarələrində işləyənlər, xarici ölkələrdə təhsil alanlar var. Finala çıxan cütlüyə dünyanın istənilən ölkəsinə bal ayı təşkil olunacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm