Yaşlı kişilərdə “Lolita sindromu”nun səbəbləri
Bizi izləyin

Tabloid.az

Yaşlı kişilərdə “Lolita sindromu”nun səbəbləri

Hansı kişilər nəvəsi yaşındaki qızlara meyil edirlər?

Məşhur rus yazıçısı Vladimir Nabokovun ‘‘Lolita’’ romanı yayımlandığı zaman qiyamət qopmuşdu. O zamanlar ən inkişaf etmiş ölkələrdə belə orta yaşlı bir kişinin özündən çox kiçik, demək olar ki, uşaq deyiləcək yaşdakı qıza aşiq olması fikri birmənalı qarşılanmamışdı.

Daha sonra roman əsasında eyniadlı ekran işi çəkildi. Aradan illər keçməsinə baxmayaraq, hələ də özündən çox gənc olan qadınlara meyil edən kişilərə “Lolita sindromu” diaqnozu qoyulur.

O vaxtlar şok yaradan “Lolita” romanında bəhs edilənlər hazırda gündəlik həyatın bir hissəsinə çevrilib. Bir çox orta yaşlı kişinin gənc sevgililərinin uğrunda evliliklərini bitirib, həyat yoldaşlarını və övladlarını atdığını müşahidə edirik.

Bu daha çox zənginlər və məşhurlar arasında dəbdədir.

Məsələn, 53 yaşlı milyarder Donald Trump iki evlilikdən sonra 25 yaşlı Melani Krausla eşq yaşamağa başlamışdı.

Dünyaca məşhur moda dizayneri Roberto Kavalli 74 yaşındadır, ancaq sevgilisinin sadəcə 22 yaşı var.

Aktirsa Ketrin Zeta Consla həyat yoldaşı Maykl Duqlas arasında 25 yaş fərq var. Maykl 69, Ketrin isə 44 yaşındadır.

Həmçinin Vudi Allen, Antoni Kuinn, Cek Nikolson, Culio İqlesias kimi məşhur kişilər də özlərindən yaşca çox kiçik olan xanımlarla eşq yaşayıblar. Bu siyahını istədiyimiz qədər uzada bilərik.

Maraqlı məqam budur ki, “Lolita sindromu” sadəcə zənginləri və dünya ulduzlarını ağuşuna almayıb, artıq normal insanlar arasında da bu hallarla tez-tez rastlaşırıq.

Bsə görəsən kişilərin, xüsusilə də yaşlı kişilərin gənc qadınlara meyl etməsinin səbəbi nədir? Tabloid.az-ın “Ailə dostu” layihəsi çərçivəsində bu suala cavab tapmağa çalışmışıq.

Araşdırmalar göstərir ki, son illər birlikdə olan kişilərlə qadınlar arasındakı yaş fərqi getdikcə böyüyür. Əvvəllər qızları yaşındakı qadınlarla sevgili olan kişilər, indi də nəvələri yaşındakı qızlarla münasibət qururlar.

Psixoloqların fikrincə, kişilərdə gənc qadın arzusu yaşlılıq qorxusundan qaynaqlanır. Qocaldıqca yaş sindromunu daha dərindən hiss edən kişilər gənc qadınların diqqətini cəlb etməyi bacaranda özlərinə sanki təsəlli verirlər. Gənc bir xanımın tələblərinə cavab verə bildiyini və onun xoşuna gəldiyini görən kişi xoşbəxt olur. Ancaq məlumdur ki, gənc qızların heç də hamısının yaşlı kişilərə məhəbbəti səmimi deyil. Çoxu pul və şöhrət üçün belə kişilərlə birlikdə olurlar. Təbii ki, qadınları qoca kişi ilə birlikdə olmağa sövq edən amillər arasında maraq və fərqli görünmək arzusu da var.

Kişilərdə isə vəziyyət tamamilə fərqlidir. Onlar gənc qızların sevgisinə həqiqətən inanırlar və ya inamaq istəyirlər. Yaşlı kişi gənc sevgilisinə özünü bəyəndirmək üçün idman etmək, sağlam qidalanmaq məcburiyyətində qalır. Bu da onun həyat, yaşamaq eşqini alovlandırır.

Kişilər özləri də etiraf edirlər ki, gənc sevgili kişini cavanlaşdırır, yaşamaq arzusunu gücləndirir.

Psixoloqlara görə, yaşlı kişilərin gənc qadınlara meyilli olmalarının bir digər səbəbi də qısqanclıqdır. Onlar yaşlandıqlarını qəbul etmək istəmir və gənc oğlanları qısqanırlar. Özlərinə qocalmadıqlarını sübut etmək üçün gənc bir qızın ürəyini fəth etməyə çalışırlar. Bu tip kişilər gənc sevgili sayəsində yenidən özlərini 20-25 yaşlarında hiss edəcəklərini düşünürlər.

Türkiyənin tanınmış psixoloqlaırndan Cem Keçe 40 yaşdan sonra bir çox kişidə müşahidə olunan “orta yaş sindromu” və ya “Lolita sindromu”nun mərhələlərini izah edib.

Psixoloq bildirir ki, bu, hər kişidə müşahidə olunan hal deyil. Yəni, 40 yaşını keçən bütün kişilər orta yaş sindromuna yaxlanmırlar. Bu insanın ətraf mühiti, xasiyyəti və psixoloji vəziyyəti ilə əlaqəlidir.

Cem Keçenin sözlərinə görə, kişilərdə orta yaş sindromunun əsas səbəbi seks performansının getdikcə zəifləməsidir.

“Yaşlı kişilərdə yavaş-yavaş zehni funksiyaların zəifləməsi müşahidə olunur. Onlar ərköyünlük edir, qısqanır, şorgözlüyə meyil edir və hər mübahisəni davaya çevirməyə çalışırlar. Bütün bunlar həmin kişinin orta yaş sindromu yaşadığını göstərir”.

Psixoloqun sözlərinə görə, “Lolita" sindromuna yaxalanan kişi qocalığı qəbul etmir və özünü ətrafa sübut etməyə çalışır. Bunun üçün müxtəlif üsullara əl ata bilər.

“Bəzi kişilər özlərini işə verirlər və karyeralarını pik nöqtəsinə qaldırmağa çalışırlar. Bəziləri isə ölümə yaxınlaşdıqlarını düşündükləri üçün dinə meyil edir, namazla, orucla maraqlanırlar.

Bəziləri sağlam həyat tərzinə keçid edir və idmanla məşğul olmağa başlayır. Kişilərin bir çoxunun isə seksə qarşı marağı artır. Bu tip kişilər gənc sevgili taparaq hələ qocalmadıqlarını sübut etməyə çalışırlar.

Seks performansı kişilər üçün güc simvoludur. Heç bir kişi yataqda zəif olmağı özünə sığışdıra bilməz. 50 yaş kişilərdə təhlükəli dönəmdir. Ancaq yaş öz sözünü deyir və 50 yaşdan sonra beyindən kişilik hormonlarına siqnallar göndərilir. Bu siqnallar hormonlara nəsil davam etdirmək üçün çox az zaman qaldığını aşılayır. Hormonların təsiri ilə kişilərin psixoloji vəziyyət qəlizləşir.

Həyatının payızında olan kişilər bununla barışmaq istəmədikləri üçün hər vasitəyə əl ata bilərlər. Məsələn, orta yaş sindromuna yaxalanan kişilərin geyim tərzlərini dəyişmələri, barlara, gecə klublarına daha tez-tez getmələri müşahidə olunur. Hətta 50 yaşından sonra estetik əməliyyata müraciət edən, botoks etdirən, dəridəki ləkələri təmizlədən kişilər də var. Onlar əllərindən gəldiyi qədər qocalığı özlərindən uzaqlaşdırmağa çalışırlar.

“Lolita sindromu”na yaxalanmaq istəməyən kişilər hər yaşın öz gözəlliyinin olduğunu başa düşməli, ruhlarını qidalandıracaq hobilərə meyil etməlidirlər.

Həmçinin stressdən qorunmalı, yaxşı qidalanmalı, tez-tez istirahətə yollanmalıdırlar. Kitab oxumaq, klassik musiqi dinləmək də kişiləri sakitləşdirib özlərini olduqları kimi sevməyə sövq edir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm