• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Bu rəng qadınları həm təhlükəli, həm də cazibədar göstərir - Fotolar

Bu rəng qadınları həm təhlükəli, həm də cazibədar göstərir - Fotolar

Siz də məşhurların foto çəkilişlərində və qırmızı xalıda qüsursuz daşıdıqları tünd bənövşəyi dodaqlara sahib olmaq istəyirsiniz?

Bir çox qadını ilin ən populyar pomada rənginin necə tətbiq olunacağı narahat edir. Demək olar ki, qaraya yaxın tünd bənövşəyi tonları bu ilin ən populyar makiyaj trendidir.

Dodaqlara inanılmaz seksual, qəşəng görünüş verən bu tonları təəssüf ki, özəl dəvətlərdən kənarda tez-tez istifadə edə bilmirik.

Ürəyinizdən bənövşəyi rəngin sizdə necə dayanacağını sınamaq, fərqli stilə bürünmək, mövsümün trendlərini izləmək gəlirsə və bənövşəyi dodaq boyasından necə istifadə edilməsini bilmirsinizsə, onda tabloid.az-ın təqdim etdiyi şparqalkalara nəzər salın.

Dəri rəngi

Pomadanın rənginin dəri rənginizlə uyğun olması, bənövşəyi tonlarda dodaq boyası ilə bağlı ən yaxşı məsləhətdir. Bəzi tonları bir daha heç vaxt istifadə etməməyə and içsəniz də, bənövşəyinin digər çalarlarında özünüzə yaraşan bir tonu mütləq tapa bilərsiniz.

Tünd dərili qadınların bənövşəyi və qırmızı arasındakı tonlardan istifadə etmələri lazımdır, açıq dərili xanımlar isə daha tünd bənövşəyi tonlarını seçməkdə azaddırlar.

Təbii göz makiyajı

Bənövşəyi dodaqlarınızın ortaya çıxmasını və kosmetikanın çox şit dayanmaması üçün göz makiyajını yüngül etməlisiniz. Gözlərə dəri rəngli yüngül parıltılı göz kölgəsi və ya təkcə qara tuş çəkərək bənövşəyi dodaq boyasını rahatlıqla sürtə bilərsiniz. Yaxud quyruqlu layner çəkə bilərsiniz.

Qalıcı olması üçün

Tünd rəngli dodaqlar çox asan dağılır və hər yerə bulaşır. Dodaq boyasının üzündən pis sürprizlərlə qarşılaşmaq istəmirsinizsə, pomadaların qalıcı olmasına diqqət edin. Əks halda pomada dağılaraq dodağın ətrafına və paltarlarınıza da bulaşa bilər.

Nəsə yeyərkən, ya da zamanla dodaqdakı pomada silinməyə başlayanda ortaya çıxan mənzərə heç də xoş olmayacaq. Bu kimi hallarla qarşılaşmamaq üçün mütləq uzun müddət qalıcı və dağılmayan pomada almağınız tövsiyə olunur.

Qüsursuz dəri

Vamp görünüşlü bənövşəyi pomadanın gözəl görünməsi üçün dərinizin qüsursuz olması lazımdır. Üzü düzgün konturlamaq lazımdır. Həmçinin üzün səciyyəvi xüsusiyyətlərini ən az dərəcədə əks etdirməyə çalışın.

Çox diqqət çəkən pomada sürtdükdə üzünüzün digər nahiyələrini mümkün qədər sadə saxlamaq lazımdır. Parlaq göz kölgələrindən və simli ənliklərdən uzaq durun. Qüsursuz dərinizə tətbiq etdiyiniz tünd rəng iddialı dodaq boyası tək başına sizi ilahə kimi göstərməyə kifayət edir.

Öz tərzinizi yaradın

Bir çox qadın pomadaların dodaqlarını daha incə göstərdiyini söyləyərək pomada istifadə etməkdən çəkinir. Bəs hər zaman eyni tonlarda makiyaj etməkdən və eyni cür paltarları geyinməkdən darıxmadınızmı?

Öz stlinizə sadiq qalsanız da, bəzən yeniliklərə açıq olmalısınız. Fərqli makiyaj tərzi, ya da fərqli bir rəng pomada sizi tamamilə dəyişə bilər. Cəsarətinizi toplayın və bənövşəyi rəngli pomada sürtün!

Saç modeli

Paltarlarınız, saçınız, makiyaj tünd tonlarda olarsa, “Adams” lar ailəsinin bir fərdi kimi görünərsiniz.

Qumral və sarışın qadınların belə bir dərdi olmasa da, qaradərililər buna xüsusi diqqət etməlidirlər. Paltar və saç məsələsində çox diqqətli olmalısınız. Bənövşəyi pomada ilə uyğun olmadığını düşündüyünüz şeyləri son dəqiqədə dəyişməkdən qorxmayın!

Dırnaqlar

Bənövşəyi rəngli dodaq boyası ilə eyni rəngli dırnaq boyası bir-biri ilə əla şəkildə uzlaşır. Makiyajda çox diqqətçəkən rənglərdən istifadə etmək qəbul olunmasa da, dırnaqlarınızı eyni rəngə boyamaqdan çəkinməyin.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR