Dodaqlarına yaraşan ən cazibədar rəngi seç - Fotolar
Bizi izləyin

Tabloid.az

Dodaqlarına yaraşan ən cazibədar rəngi seç - Fotolar

Dodaqlarına yaraşan ən cazibədar rəngi seç

Payızın ən soyuq günlərini yaşayırıq. Küçədə olduqca soyuq hava var. Canımızı isti saxlamaq üçün geyim seçimində daha çox tünd rənglərə üstünlük veririk. Buna görə də, makiyajın da geyimlə uyğun olmasına fikir verməliyik.

Bildiyimiz kimi, bu mövsümün gözəllik ustaları makiyajda əsas aksenti dodaqlara yönəldiblər. Xüsusən də tutqun çalarlar daha çox aktualdır.

Yayda dodaqları çılpağa yaxın tonlarda vurğulamaq lazım gəlirdisə, indi əksini tətbiq etməyin əsl vaxtıdır. Payız-qış mövsümü xanımlara dodaqlarını qırmızının müxtəlif çalarlarına bürünməyə icazə verir.

Tabloid.az qırmızının ən yaxşı çalarlarına malik olan pomadaları toplayıb. Dodaq quruluşunu nəzərə alaraq, həmçinin dəri rənginə və üzünüzə yaraşan çaları tapmaq həqiqətən də çətin məsələdir. Lakin bizim seçdiyimiz rəngləri izləsəniz, bəlkə də sizə uyğun olan ideal rəngi kəşf edə bilərsiniz. Bu mövsümün trend çalarları isə şərab rəngli və dərin qırmızı pomadalardır.

\

Oxumağa davam et
Reklam
Reklam

Gündəm