• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Qrip haqqında doğru bildiyimiz səhvlər - Fotolar

Qrip haqqında doğru bildiyimiz səhvlər - Fotolar

Hər il milyonlarla insan qripə yoluxur. Qrip soyuqdəymə nəticəsində yayılan virusdur. Sağlamlığımızda ciddi problemlərə yol açan bu xəstəlik haqqında təəssüflər olsun ki, çox şeyi səhv bilirik. Tabloid.az qrip haqqında maraqlı faktları təqdim edir:

Dünyada hər il yüz milyonlarla insan qrip olur, hətta bəziləri qripdən dünyasını dəyişir. Xəstəliklə birlikdə qrip dünya iqtisadiyyatına da böyük zərər verir.

Qripin əlamətləri (qızdırma, öskürək, boğaz ağrısı, əzələ və baş ağrısı, halsızlıq) taqətimizi kəsərkən, bəziləri 2 günə, bəziləri isə 2 həftə ərzində sağalır. Qripə yoluxanlarda susuzluq və bədəndə mikroblar yarana bilər. Qrip bədəni zəiflətdiyi üçün xəstəni ölümcül olan digər xəstəliklərə qarşı müdafiəsiz hala sala bilər.

Mövsümi qriplə əlaqədar yaranan ölümlərin çoxu adam qripə tutulduqdan bir neçə həftə sonra baş verir. Bu kəslərdə bakterial sətəlcəm kimi ikinci bir bakterial infeksiya inkişaf edər. Qrip ürək çatışmazlığı, xroniki ağciyər xəstəliyi və sətəlcəm kimi mövcud xəstəliyi daha da pisləşdirər. Astma xəstələri üçün qrip ölümcül risk daşıyır. Soyuqdəymə isə daha yüngül keçir.

Dekabra qədər qripə yoluxmadınızsa, qripdən xilas oldunuz deməkdir! Bu da səhv fikirdir. Qripin nə vaxt gəldiyini müəyyən etmək mümkün deyil. Lakin araşdırmalara görə, qrip ən çox ferval ayında rast gəlinir. Yanvar və mart ayında da qripə çox rast gəlinir.

Bəzi insanların illərdir ki, ürək bulantısından əziyyət çəkdiklərini və qusmağın qarşısını ala bilmədiklərini eşitmişiniz. Çünki bu insanların problemi mədə qripi deyilən mədə xəstəliyidir. Qrip əsasən, uşaqlarda ürək bulanmasına səbəb olsa da, qripin əsas əlamətləri deyil. Bunlar başqa səbəblərdən qaynaqlanır. Mədə qripinə viruslar, bakterial infeksiyalar və hətta parazitlər səbəb ola bilər.

Uşaqlara vurulan qrip əleyhinə peyvənd otizmə səbəb ola bilməz. Əvvəllər peyvəndlərlə otizm arasında əlaqə olduğu deyilirdi. Sonradan aparılan araşdırmalar isə bunun səhv fikir olduğunu təsdiqləyir.

Antibiotiklər qriplə mübarizə aparmağa kömək edir. Qripinin müalicəsində antibiotiklərin rolu yoxdur. Utah Universitetinin həkimləri müəyyən edib ki, antibiotiklər ancaq bakteriyalara təsir etdiyini, viruslara heç bir təsiri olmadığını söyləyib. Bir xəstəyə saxta dərman və ya antibiotik versəniz, ikisinin də eyni dərəcədə sağaldığını müşahidə edərsiniz.

Antibiotiklərdən həddən artıq istifadə nəticəsində boğaz və burundakı bakteriyalar dərmana qarşı müqavimət göstərə bilmir. Beləcə antibiotiklər öz təsirini itirir.

Qrip peyvəndinin heç bir təsiri olmur: Qrip peyvəndləri heç də həmişə kömək etmir. Araşdırmalarda məlum olub ki, peyvənd xəstəliyin qarşısını ancaq 60 faiz ala bilir. Bu yaşa və sağlamlıq vəziyyətinə görə dəyişir.

Qrip əleyhinə vurulan peyvəndlər qrip edə bilər: İnsanların çoxu xəstəlikdən deyil, qrip əleyhinə vurulan peyvənddən qorxur. Vurulan peyvənd aktiv deyil. Uşaqlara vurulan burun spreyi zəiflədilmiş canlı virus ehtiva edir. Lakin bu peyvəndin içindəki mikrob soyuğa uyumludur.

Qrip peyvəndlərinin bəzən mənfi təsirləri ola bilər: iynə yerində qızartı, şiş, başağrısı və yüngül qızdırma bunlardandır. Odur ki, həkim məsləhəti olmadan peyvənd vurdurmaq olmaz!

Mövsüm girəndə qrip peyvəndi vurdursanız, qrip olmazsınız: Bəzi sağlamlıq mütəxəsissləri mövsüm girəndə qripə qarşı peyvənd vurdurmağı tövsiyə edir. Lakin peyvəndin təsiri hamıda uzun müddət qala bilməz.

Keçən il qripə qarşı peyvənd vurdurmuşam, bu il ehtiyac yoxdur: Bu fikir də səhvdir. Qrip peyvəndi sizi sonsuza qədər qoruya bilməz. Aparılan araşdırmalarda məlum olub ki, vücudun immunitet sistemi zamanla zəifləyir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR