Elza Seyidcahan pianinonun üstünə rəqs edəcək - Video
Bizi izləyin

Tabloid.az

Elza Seyidcahan pianinonun üstünə rəqs edəcək - Video

Əməkdar artist Elza Seyidcahan “şam kimi əriyir”.

Əməkdar artist Elza Seyidcahan “şam kimi əriyir”.

Tabloid.az xəbər verir ki, pəhriz saxlayıb, 13 kiloqram arıqlayaraq çəkisini 73-ə salan sənətçi bunu yeni layihəsi üçün etdiyini deyib. O, Bildirib ki, yaxın günlərdə daha bir yenilik edəcək. Söhbət Elzanın pianino ilə olacaq birgə çıxışından gedir.

Daha dəqiq desək, Elza pianinonun üzərində rəqs edərək mahnı oxuyacaq. Müğənni “10Lar” verilişinə açıqlamasında bildirib ki, bu ideyanı 10 il əvvəl etmək istəyib. Amma rusiyalı estrada müğənnisi Dima Bilan onu qabaqlayıb. 2006-cı ildə “Eurovision” yarışmasında səhnədə royalın üstünə çıxaraq, mahnı ifa edib, həm də oynayıb:

“Dimanın çıxışına baxanda, özümlə fəxr etdim ki, mən bu ideyanı ondan əvvəl düşünmüşdüm. Mən 2002-ci ildə Qırğızıstana müsabiqəyə gedəndə pianino ilə rəqs qurmaq istəyirdim. Tədbir açıq havada idi, yağış yağdı, bu istəyim alınmadı”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm