Keçmiş ərindən Gülbən Ərgənin evliliyi ilə bağlı ilk açıqlama – Fotolar
Bizi izləyin

Tabloid.az

Keçmiş ərindən Gülbən Ərgənin evliliyi ilə bağlı ilk açıqlama – Fotolar

Mustafa Ərdoğan 8 il evli qaldığı Gülbən Ərgən haqda maraqlı açıqlamalar verib

“Anadolu atəşi” rəqs qrupunun sənət rejissoru Mustafa Ərdoğan keçmiş həyat yoldaşı Gülbən Ərgənin evliliyi ilə bağlı ilk dəfə danışıb.

Mustafa Ərdoğan 8 il evli qaldığı Gülbən Ərgən haqda maraqlı açıqlamalar verib:

“Gülbən bu günə kimi yaxşı ana olub. Bundan sonra necə ana olacağı da önəmlidir. Məni uşaqlarım maraqlandırır. Onun öz həyatıdır, xoşbəxtlik arzu edirəm.

Uşaqlara qarşı məsuliyyətimiz var və layiqli valideyn olmağa çalışırıq. Xoşuma getməyən nəsə olsa, müdaxilə edərəm. Uşaqlarımın başqa biri ilə eyni evdə yaşamasını əsla qəbul etmirəm”.

Mustafa Ərdoğan Gülbən Ərgənin yeni əri ilə Həccdə çəkilən fotolarına da münasibət bildirib:

“Nə axtarırıqsa, öz içimizdə axtarmalıyıq, qüdsdə, Məkkədə, Həccdə yox. Mənim fikrim belədir”.

Daha öncə əsla evlənməyəcəyini deyən Mustafa Ərdoğan deyəsən, bu fikrindən dönüb. Ən azından açıqlamaları bunu deməyə əsas verir.

“Böyük danışmışam. Harada, nə vaxt, nə olacağı bəlli deyil. Hazırda ciddi bir münasibətim yoxdur, ancaq aşiq olmağı çox istəyirəm”.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm