Şövkət Ələkbərovanın doğum günüdür - Video
Bizi izləyin

Tabloid.az

Şövkət Ələkbərovanın doğum günüdür - Video

Bu gün Azərbaycanın unudulmaz səsi olan, xalq artisti Şövkət Ələkbərovanın doğum günüdür.

Bu gün Azərbaycanın unudulmaz səsi olan, xalq artisti Şövkət Ələkbərovanın doğum günüdür.

Tabloid.az xəbər verir ki, Ələkbərova Şövkət Feyzulla qızı 1922-ci il oktyabrın 20-də Bakıda anadan olub.

Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinfini bitirdikdən sonra səhnə yaradıcılığına başlayıb. 1938-1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olub. 1945-ci ildən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti vəzifəsində işləyib.

Məlahətli, yumşaq tembrli səsi olan Şövkət Ələkbərovanın ifaçılığı üçün yüksək vokal mədəniyyəti, dərin emosionallıq və lirizm səciyyəvidir. Məharətli improvizasiya ustalığı onun muğam yaradıcılığının əsas xüsusiyyətidir.

Azərbaycanı SSRİ-nin bir çox şəhərlərində, o cümlədən Fransa, İsveçrə, Şri-Lanka, Əfqanıstan, Hindistan, Misir, Əlcəzair, İran, Türkiyə, Polşa və digər xarici ölkələrdə uğurla təmsil edən Şövkət Ələkbərovanın repertuarına “Segah”, “Qatar”, “Şahnaz” kimi muğamlar, Azərbaycan bəstəkarlarının və Orta Şərq xalqlarının mahnıları daxil idi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm