Canımızı isti saxlayan ən dəbli köynəklər - Fotolar
Bizi izləyin

Tabloid.az

Canımızı isti saxlayan ən dəbli köynəklər - Fotolar

Canımızı isti saxlayan ən dəbli köynəklər

Hər qış olduğu kimi bu mövsüm də boğazlı köynəklər dəbdədir. Əslində dəbdən əlavə, soyuqdan qorunmaq üçün qışda ən çox ehtiyacımız olan geyimdir. Onu qış qarderobunun əsas elementi hesab edirlər. İlk baxışda çox sadə görünsə də, bir neçə detal var ki, onları əlavə etsəniz, daha şıq görünə bilərsiniz. Tabloid.az boğazlı köynəklərin düzgün geyinilmə qaydalarını izah edir.

Hər zaman dəbdə yer alan boğazlı sviterlər sizi həm istidən qoruyacaq, həm də gözəlliyinizi vurğulayacaq.

Soyuq və yağışlı bir gündə bol kəsimli, boğazlı köynəkdən başqa daha yaxşı nə ola bilərdi ki?

Boğazlı sviteri şalvar, ətək və ya lasinlərlə kombin edə bilərsiniz.

Boğazlı köynək, ya da paltarlarınızı üst geyim parçalarının altından da geyinə bilərsiniz. Pencəyin altına tək rəng, sadə boğazlı model seçərək, ofis stlinizi daha şıq hala gətirərsiniz.

Boğazlı köynəklərlə monokrom (Monoromatik-əslində 1945-ci ildən etibarən bir qrup rəssamın eyni rəngin fərqli tonlarda çəkdikləri rəsmi təyin edən termindir. Moda dünyasında isə qara ilə ağın uyğunlaşdırılmasını xarakterizə edir) tərzini yaratsanız, qəşəng və müasir stilə sahib olacağınızdan əmin olun. Başdan aşağı qara, ağ və boz rənglərin kombinini yaradaraq monokrom stilini yaxalayın!

Qısa qollu boğazlı sviterin altından başqa bir köynək geyinə bilərsiniz. İlk baxışda çox çılğın görünsə də, bütün nəzərlər üzərinizdə olacaq.

Xüsusən də qolsuz geyimlərlə bu stil daha azad qalır. Boğazlı köynəyi paltarın altına geyinin. Sadəcə paltarın altına tək rəng, qara və ağ kimi rənglərdən istifadə edin.

Ziddiyyət

Bütün dünyada qadınların sevimli rəngi - qaradır. Cansıxıcı və darıxdırıcı görünməmək üçün, qara şalvarı və ətəyi yumurta sarısı boğazlı köynəklə geyinmək olar. Çox şən obraz olacaq. Qamətinizə daha bir tərz əlavə etmək üçün dabanlı çəkmə və ya tufli geyinin.

Rahat rəng

Qadınlarımızın daha bir sevimli rəngi boz və qəhvəyidir. Belə rəngli vodolazka qarderobun ən optimal bazasıdır. Onu istənilən halda geyinmək olar. Amma siz bu rəngli vodolazka geyinmək qərarına gəlmisinizsə, makiyaj hər zamankından daha çox olmalıdır.

Boğazlı sviterlə stilinizə daha incə bir toxunuş əlavə etmək istəyirsinizmi? O halda heç tərəddüd etmədən boğazlı köynəyinizi midi ətəklə kombinləyin!

Əgər vodolazkanı midi və ya maksi ətəklə geyinmisinizsə, siz bu vəziyyətdə həm işə, həm də hər hansı tədbirə gedə bilərsiniz. Bu, rəfiqələrlə, sevgilinlə görüş və ya kino, sərgi ola bilər. Sarsıdıcı effekt almaq üçün ətəyi al-qırmızı rəngdə seçmək mümkündür.

Klassik, hətta unudulmuş çalarlar

Tək rəng geyinin. Bordo rəngli vodolazka ilə şalvar geyinərək siluetinizin vizual olaraq uzun görünməsinə nail ola bilərsiniz. Hətta məmulatlarının müxtəlif olmasının fakturaya heç bir əhəmiyyəti yoxdur.

Siluetinizi yuxarı yığılmış tarım saçlarla daha da uzada bilərsiniz.

Gözəgəlimli kolyelər

Vodolazkada cəlbedici görünməyin daha bir yolu iri həcmli kolyelərdir. Bu mövsüm dəbdə olan böyük kolyeləri boğazlı köynəklərlə rahat şəkildə barışdıra bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm