Gənc məşuqları sayəsində gözəlləşən ulduz - Fotolar
Bizi izləyin

Tabloid.az

Gənc məşuqları sayəsində gözəlləşən ulduz - Fotolar

45 yaşlı seksual ulduz ayaqlaırnı 300, ombasını isə 27 milyon dollara siğortaladıb

O, hələ uşaq yaşlarından qarşısına tanınmağı, bacarıqlarını nümayiş etdirməyi, dünya ulduzu olmağı məqsəd qoymuşdu. 16 yaşında ikən ilk filmi “My little girl”də rol aldıqdan və 1990-cı ildə televiziya kanallarından birində yayımlanan rəqs yarışmasında qalib gəldikdən sonra bu arzularını bir-bir reallaşdırmağa başlayır.

Söhbət dünyanın ən cazibədar ulduzu Cennifer Lopezdən gedir.

“Onların stili” layihəsində bu dəfə Cennifer Lopezin geyim tərzindən bəhs etmək istədim. O, həmişə baxımlı, həmişə seksual görüntüsü ilə xanımlara ilham verir. İdeal çəkidə qalmaq onun üçün problem deyil. Həyatda problemlə üzləşən kimi yıxılıan, bütün karyerası alt-üst olan Britni Spirs kimi ulduzlardan fərqli olaraq Ceylo hər zərbədən sonra daha da güclənir, daha da gözəlləşir və karyerasında yüksəlməyə davam edir. Bəlkə də çoxları heç bilmir ki, bu əzmlilik Ceylonun keçmişindən aldığı güclə dəstəklənir.

45 yaşında olmasına baxmayaraq, demək olar ki, həmişə ideal formada olan Ceylonun bütün həyat hekayəsini oxudum və onun bu təqdirəlayiq güclü xarakterinin hələ gənc yaşlarından formalaşdığını anladım. Ona görə də bu xanımın dəbdəbəli, parıltılı həyatına keçmədən öncə əsl Cennifer haqqında sizi məlumatlandırmağı özümə borc bildim.

Ceylo müsahibələrindən birində öz psixologiyasını ən incə detallarına kimi açıb-tökür:

“Mən idmanla və rəqslə məşğul olurdum. Bir yolum, hədəfim var idi. 18 yaşım olanda oxumaqdan vaz keçdim. Evdən ayrıldım və rəqs karyeramı qurmağa qərar verdim. Anam mənim fikilərimlə razılaşmırdı. Mən rəqs studiyasının koridorunda yatmaq məcburiyyətində qaldım. Evim yox idi… Həmişə xəyallarım, arzularım olub, elə indi də. Menecerimlə qarşıdakı 6 ayda nələr edəcəyimizi əvvəlcədən planlaşdırırıq.

Tətillər həmişə mənə uzun gəlir. 1 ay istirahət etməyə qərar versəm də, 2 həftə sonra qayıdıb işə başlayıram. Həmişə belə olmuşam”.

Bəli, Cennifer kiçik yaşlardan rəqslə məşğul olub. Daha sonra isə idmana meyil edib. Peşəkar boksçu kimi təlim keçən Lopez möhtəşəm bədən fiqurasını məhz rəqsə və idmana borcludur.

Cennifer hamamda vaxt keçirməyi çox xoşlayır. Hamamda istifadə edilən gözəllik vasitələrinə çox önəm verən müğənni xüsusilə “Fresh Sugar Cubes” adlı məhsulu çox bəyənir.

Spirtli içki içmir, siqaret çəkmir. Saçlarının parlqlığını qorumaq üçün “Kerastase” brendinin balzamlarından və maskalarından istifadə edir.

Ceylo tez-tez estetik əməliyyat etdirənlərə birmənalı yanaşmır. “Məncə üzünü, bədəninin təkrar-təkrar kəsdirib, biçdirənlərin psixoloji problemləri var”,- deyən Lopez bədənində heç bir estetik müdaxilə olmadığını deyir.

O qarın əzələlərinin əvvəlki kimi möhkəm olmadığını düşünür, ancaq idmançı bədəninin həmişə qoruyub saxlamağa cəhd etdiyini deyir.

Cennifer Lopez evlilikləri, boşanmaları və gənc sevgililəri ilə daim gündəmə gəlir. Mənim diqqətimi çəkən isə bu xanımın hər sevgilidən sonra daha da gözəlləşməsidir. Mark Antonidən ayrıldıqdan sonra həm imicində dəyişiklik edən, həm də arılqlayıb daha cazibədar görünən Ceylo, gənc sevgilisi Kasper Smartdan ayrıldıqdan sonra da məni təəccübləndirdi.

Seksual ulduz illər öncə ombasını 27 milyon dollara siğortalatmışdı, bu yaxınlarda da ayaqlarını 300 milyon dollara siğortaladıb.

Kasperdən ayrıldıqdan sonra daha da arıqladı və demək olar ki, 18 yaşlı qızın bədən fiqurasına qovuşdu. Həmişə seksuallığı ön plana çıxarmağı sevən Ceylo bundan sonra səhnəyə daha açıq-saçıq geyimlərdə çıxmağa başladı. Erotik səhnə şouları ilə pərəstişkarlarını məst edən Lopez son olaraq “Booty” adlı klipindəki görüntüsü ilə hamını özünə heyran etdi.

Dəfələrlə “Dünyanın ən seksual qadını” və “ən çox arzulanan qadın” statuslarına layiq görülən gözəlçə xüsusilə səhnə şouları ilə pərəstişkarlarını məst edir.

Lopez həm gündəlik həyatda, həm dəvətlərdə, həm də səhnədə çox şıq seçimləri ilə yadda qalır. Onun bir-birindən möhtəşəm geyimlərini seçib ən yaxşılarını təqdim etməkdə çətinlik çəkdiyim üçün bu dəfə sadəcə səhnə geyimləri haqda yazmağa qərar verdim.

Lopez kimi səhnədə saatlarla rəqs edib mahnı oxumaq üçün həm də enerjili və sağlam olmaq lazımdır. Gözəl ulduz bu sahədə də gənc rəqiblərinə meydan oxuyur. Əlbəttə ki, Ceylo bunu sağlam qidalanmağa borcludur.

Səhnədə adətən rahat, eyni zamanda, da dəbdəbəli geyimlərə üstünlük verir. Demək olar ki, bütün geyimləri muncuqlu, parıltılı olur. Saçaqlı, tük detalları olan geyimləri də Ceylonun üzərində tez-tez görürük.

Bədənə yapışan pulcuqlu, daş-qaşlı, dəmir detalları olan geyimlərdə Lopez qıvrımlı bədən fiqurasını ən incə detallarına kimi nümayiş etdirir.

Lopez əvvəllər idman stilinə yaxın olan geyimlərdə də səhnəyə çıxırdı.

İndi isə çimərlik geyimlərini xatırladan geyimlərə üstünlük verir. Əlbəttə bunu son illərdə ideal görkəmdə olmasına borcludur.

Səhnə geyimlərində əsasən bej və gümüşü rənglər üstünlük təşkil edir. Bununla yanaşı yaşıl, qırmızı, ağ, qara, göy kimi rənglər də ulduzun seçimləri arasındadır.

Ceylonun gənc və enerjili görünmək üçün ən böyük sirlərindən biri də uzun saçlarıdır. Səhnədə Lopezi ya dalğalı açıq saçlarda, ya da at quyruğu və ya yarım toplanmış saçlarda görürük.

Qeyd edim ki, Ceylo səhnə stili ilə bir çox həmkarına ilham verir. Xüsusilə Beyons Cennifer Lopezi tez-tez təqlid edən ulduzlar sırasındadır. Hətta bəzən elə olur ki, Ceylonun səhnə kostyumunu illər sonra Beyonsun da üzərində görürük.

Qeyd: Yazının davamında Ceylonun dəvətlərdə və gündəlik həyatdakı geyim stilindən bəhs edəcəyəm.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm