Tabloid.az
Astroloji proqnoz - 21 oktyabr
QOÇ - Nahara qədər bütün ciddi işləri təxirə salın. Yoxsa gərginlikdən qurtula bilməyəcəksiniz. Bədxah insanlarla rastlaşma ehtimalınız olduğundan bacardığınız qədər təmkin göstərin.
BUĞA - Maddi rifahınız normal olsa da, münasibətlər zəminində müəyyən sıxıntılarla üzləşə bilərsiniz. Bu isə son vaxtlar güzəştə getməməyinizdən doğur. Nahardan sonra qonaqlıq gözlənilir.
ƏKİZLƏR - Bu gün zehni işləri azaldıb daha çox dincəlməlisiniz. Fəaliyyətə isə ümumiyyətlə, ara verməyiniz məsləhətdir. Günün ikinci yarısını ailə-sevgi münasibətlərinə həsr edin.
XƏRÇƏNG - Maraqlı görüşləriniz gözlənilir. Ola bilsin ki, həsrətində olduğunuz şəxslərlə rastlaşasınız. Saat 14-17 arası yeni işlərlə bağlı səmərəli sövdələşmələriniz də mümkündür.
ŞİR - Başqalarının adınızdan istifadə etməsinə imkan verməyin. Çalışın ki, öz işinizə özünüz qərar verəsiniz. Səhhətinizə fikir verməyi tövsiyə edən ulduzlar varlanacağınızı da bildirir.
QIZ - Büdcənizdə artım etmək üçün imkan qazana bilərsiniz. Bu səbəbdən də alacağınız əmanətləri əldə etmək üçün ciddi addımlar atın. Bu gün "çağrılmamış qonaq" rolunda çıxış etməyin.
TƏRƏZİ - Olduqca rəvan bir gündür. Çoxsaylı və maraqlı hadisələrlə rastlaşacaqsınız. Amma acıdil adamların atmacalarına təmkinlə yanaşmalısınız. İki sürpriz də gözlənilir.
ƏQRƏB - Fiziki cəhətdən zəiflədiyinizdən fəaliyyət barədə az düşünün. Hansısa riskli işə baş qoşmağa dəyməz. Saat 15-dən sonra şəxsi büdcənizdə müəyyən artımlar gözlənilir. Səfərə çıxmayın.
OXATAN - Ulduzlar süst olduğunuzu göstərsə də, ümidsizləşməməli, həyata nikbin nəzərlərlə baxmalısınız. Planetlərin müsbət konfiqurasiyası bu təqvimdə yeni layihələri müzakirə etməyi məsləhət görür.
OĞLAQ - Əgər səhhətiniz qaydasındadırsa, başqa məsələlərdə nigarançılıq çəkməyəcəksiniz. Nahar ərəfəsində aldığınız dəvətlərdən imtina etməyə çalışın. Qiymətli əşyalarınızı qoruyun.
SUTÖKƏN - Bu gün enerjiniz zəif olsa da, perspektivlərinizlə bağlı apardığınız bütün sövdələşmələr uğurlu olacaq. İşgüzar görüşlərdən qaçmayın. Bu təqvim alqı-satqı üçün də düşərlidir.
BALIQLAR - Adətən ilin bu çağlarında mütləq səhhətlə bağlı problemlə üzləşirsiniz. Bunu nəzərə alıb qeyri-ənənəvi işlərdən uzaq olun. Keçmişdə baş verən münaqişələrin müzakirəsindən çəkinin.
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB