“Unudulmaz” almalı-şokoladlı piroq - Resept
Bizi izləyin

Tabloid.az

“Unudulmaz” almalı-şokoladlı piroq - Resept

Tabloid.az dadı damağınızdan getməyəcək "Unudulmaz" almalı-şokoladlı piroqun reseptini təqdim edir:

Tabloid.az dadı damağınızdan getməyəcək "Unudulmaz" almalı-şokoladlı piroqun reseptini təqdim edir:

Xəmir üçün inqrediyentlər:

Şəkər tozu - 1 stəkan

Yumurta - 2 ədəd

Kərə yağı - 2 xörək qaşığı

Xama- 1 stəkan

Soda - 1 çay qaşığı

Un- 1,5 stəkan

İçi:

Alma - 5-7 ədəd

Kövrək undan hazırlanmış peçenye - 100 qram

Şokolad - 100 qram

Darçın -1/2 çay qaşığı

Hazırlanması:

1.Balaca bıçaq və ya xüsusi kəsici alətin köməyi İlə almanın özəyini çıxardın. Almanın altını bir az kəsin.

2. Soba qabına yağlı kağızı sərin, qabın kənarlarına kərə yağı çəkin. Almaları içinə düzün.

3. Peçenyeni ovalayın. Şokolad buxarda əridilir, üzərinə 5 xörək qaşığı süd əlavə edin. Bütün inqrediyentləri qarışdırın və darçın əlavə edin. Bu kütlə ilə almaların içərisini doldurun.

4. Şəkər tozunu, yumurtanı və ərinmiş yağı mikserlə çalın. Xama soda ilə ayrıca qabda qarışdırıldıqdan sonra yumurta-şəkər kütləsinə qatın. Ələnmiş un əlavə edib, yaxşıca qarışdırın.

5 Almaların üzərinə xəmiri tökün 180 dərəcədə təxminən 60-80 dəqiqə bişirin.

Diş çöpü və ya quru bıçaqla bişib-bişmədiyini yoxlamaq olar. Əsas odur ki, piroqun ortası bişsin. Həmin hissə gec bişə bilər. Soyudulmuş piroqun üzərinə şəkər kirşanı səpin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm