Cenniferin duet ortağı ilin ən seksual qadını seçildi - Fotolar
Bizi izləyin

Tabloid.az

Cenniferin duet ortağı ilin ən seksual qadını seçildi - Fotolar

Məşhur “Maxim” jurnalı ən seksual 100 qadının siyahısını açıqlayıb

Məşhur “Maxim” jurnalı ən seksual 100 qadının siyahısını açıqlayıb. Siyahıda birinci yerə amerikalı reper İqqi Azaliya layiq görülüb.

Ancaq bunun şərəfinə jurnalın üz qabığına İqqinin 3 il öncə çəkilmiş alt paltarlı fotolarının qoyulması müğənninin etirazına səbəb olub.

“Twitter”də məsələyə münasibət bildirən İqqi bunları yazıb:

"Maxim Avstraliya” çox təşəkkürlər. Ancaq heç kim məndən heç nə soruşmadığı üçün çox kədərlənirəm. Bir müsahibə verməyi və jurnal üçün xüsusi çəkiliş olmasını istəyərdim. Köhnə şəklimi qoymaq düzgün deyil”.

Xatırladaq ki, İqqi Azaliya Cennifer Lopezlə duet oxuduğu “Booty” mahnısından sonra daha da populyarlaşıb.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm