Hər dərdin dərmanı olan ekzotik meyvə
Bizi izləyin

Tabloid.az

Hər dərdin dərmanı olan ekzotik meyvə

Acı qovun orqanizm üçün əsl sağlamlıq mənbəyidir

“Bitter melon” - bizim dilimizə acı qovun kimi tərcümə olunan bu meyvə orqanizm üçün əsl sağlamlıq mənbəyidir. Türkiyədə bu meyvəyə “kudret narı” deyilir. Bu da təsadüfü deyil, tam yetişdikdən sonra üz qabığı qırmızıya çalan bu meyvənin içərisində narı xatırladan dənəciklər olur. Mədə narahatlıqlarından xərçəngə kimi bir çox problemi aradan qaldırmağa qadir olan acı qovun təbii antioksidantdır.

Tərkibindəki lutein və likopen maddələri xərçəng hüceyrələrinin böyüməsinə maneə olur. Kolorado universitetinin alimləri araşdırmalar apararaq bu nəticəyə gəliblər ki, acı qovun suyu mədəaltı vəzin xərçənginə səbəb olan hüceyrələri öldürür. Tədqiqatçılar bu meyvənin döş xərçəngini sağaltmaqda da çox təsirli olduğunu deyirlər.

Şəkər xəstələri üçün də sağlamlıq mənbəyi olan “bitter melon” eyni zamanda, qaraciyəri gücləndirir, bağırsaqların fəaliyyətini nizamlayır. Mədə xəstəlikləri zamanı da yaxşı təsir göstərir.

Qastrit, qəbizlik kimi problemləri olanlar 40 gün bu meyvədən yesələr, tam sağalarlar.

Yaraların tez sağalmasına da kömək edən acı qovun meyvəsi bu xüsusiyyəti ilə ekzema, sədəf kimi dəri xəstəliklərinin sağalmasına müsbət təsir göstərir.

Hüceyrələri yeniləyici xüsusiyyəti ilə yaşlanmağı gecikdirir.

Bəs bu meyvəni necə yemək laızmdır?

Yetişmiş meyvə əzilir və balla qarışdırılır. Səhərlər ac qarnına yeyilə bilər. 41 gün istifadə etdikdən sonra dayandırlmalı və fasilə verilməlidir.

Onu da qeyd edək ki, bu meyvənin çəyirdəkləri zəhərlidir. Ona görə də onları təmizlədikdən sonra istifadə etmək lazımdır.

Acı qovunu bal yerinə zeytun yağı ilə də qarışdırmaq olar. Bu qarışımı səhər və axşam bir qaşıq qəbul etmək lazımdır. Yenə 41 gün sonra fasilə verilməlidir.

Əgər bu meyvədən tapa bilməsəniz, narahat olmayın. Çünki kapsul formasında apteklərdə satılır. Həkimdən məsləhət aldıqdan sonra istifadə edə bilərsiniz. Kapsul formasında gündə 2-3 dəfə qəbul etdikdə qısa müddətdə öz təsirini göstərir.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm