• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Görkəmli musiqiçi İslam Manafov Türkiyədə konsert verib - Fotolar

Görkəmli musiqiçi İslam Manafov Türkiyədə konsert verib - Fotolar

Görkəmli pianoçu İslam Manafov Camal Rəşid Rey Konsert Salonunda konsert proqramı ilə çıxış edib.

Tabloid.az xəbər verir ki, Türkiyənin “Yedditəpə” Universitetində fəaliyyət göstərən Bakı Musiqi Akademiyasının dosenti, azərbaycanlı pianoçunun konserti, müəllifi olduğu “Uşaqlar və gənclər ilə musiqiyə səyahət” layihəsi çərçivəsində İstanbul Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə baş tutub.

Türkiyənin elm və mədəniyyət xadimlərinin, görkəmli sənətçilərin iştirak etdiyi konsertdə şəhərin ayrı-ayrı musiqi məktəblərinin şagirdləri, universitet tələbələri, eyni zamanda, İ.Manafovun övladları və tələbələri olan beynəlxalq müsabiqələrin laureatları, pianoçu və bəstəkarlar Abuzər və Turan Manafzadələr də çıxış ediblər.

Uşaqlarda və gənclərdə musiqiyə həvəs yaratmaq, musiqini insanlara sevdirmək və maarifçilik məqsədilə təşkil olunan konsertdə dünya və Azərbaycan musiqilərindən seçmələr müxtəlif alətlərdə ustad sənətçilərin və gənclərin ifasında səsləndirilib.

Qeyd edək ki, İ.Manafov ötən il eyni adlı layihə əsasında beş konsert verib.

Bu ilin sonunadək daha altı konsertin təşkili nəzərdə tutulub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR