Tabloid.az
Makiyajınızı zənginləşdirməkdən qorxmayın - Fotolar
İllərdir eyni məhsullarla makiyaj edirsiniz? O halda makiyaj stilini zənginləşdirməyin vaxtı gəldi!
Hər zaman eyni şəkildə makiyaj etmək sıxıcı görünür. Həm də özünü təkrar edən görünüşə sahib olmağımıza səbəb olur.
Gözəl üz cizgilərinizi vurğulayın və makiyaj stilinizə bir az əyləncə qatın! Tabloid.az qadınlara makiyajı zənginləşdirən şparqalkalar təqdim edir:
Makiyajı zənginləşdirməyin ən gözəl yollarından biri də göz makiyajına parıltı əlavə etməkdir. Simli layner istifadə edə, ya da baş barmağınızı zərli göz kölgəsinə batırıb daha sonra gözlərə çəkə bilərsiniz.
Makiyaj stilini zənginləşdirmək və stil sahibi makiyajını tətbiq etmək istəyirsinizsə, metal rəngli göz kölgəsi ilə dumanlı göz makiyajını mütləq yoxlamalısınız.
Ya da fırçanı metal göz kölgəsinə batırıb kirpik diblərindən göz qabaqlarına qədər çəkin. Gözləri daha mənalı göstərmək üçün kirpik diblərinə qələm də çəkə bilərsiniz.
Dodaqların öz rəngini vurğulayın! Gözəl dodaqlarınızı pomada ilə örtmək əvəzinə, dodaq quruluşunu vurğulayın. Dodaq rəngindən bir-iki ton tünd dodaq parladıcısı, ya da qatı dodaq boyasından istifadə edərək dodaqlarda təbii və cazibədar görünüş yaradın.
Pişik gözü makiyajı hələ uzun zaman populyar olmağa davam edəcək. Bu səbəbdən makiyaj çantanızdan göz qələmini laynerlə əvəz edin və pişik göz makiyajını sınaqdan keçirin. Başlanğıcda bu makiyajı çəkməyə çətinlik çəksəniz də, gözlərinizi nə qədər gözəl göstərdiyini hiss etdikdən sonra heç vaxt vaz keçə bilməyəcəksiniz. Layner fırçası ilə kirpik diblərindən bir xətt çəkin və kirpiyin bitdiyi yerdən qaşa doğru qaldırın.
Göz qapağının iç hissəsinə ağ qələm çəkin. Bu üsul gözlərinizi ortaya çıxardacaq və olduğundan böyük görünməsini təmin edəcək. Suya davamlı ağ göz qələmi istifadə edərək alt göz qapağının iç hissəsinə bir neçə dəfə çəkin. Ağ rəngin özünü yaxşıca bəlli etdiyindən əmin olun.
Kölgəli dodaq makiyajı adi pomada görünüşünə qarşı yaxşı alternativ yaradır. Bunun üçün arzuladığınız rəngləri birləşdirərək kölgəli dodaq makiyajı çəkin. Dodaqların orta və iç hissəsini daha açıq, kənarları isə tünd rənglərə boyaya bilərsiniz.
Paltarlarda neon rəngləri işlətməkdən çəkinməsəniz də, üzünüzdə bunu həyata keçirmək üçün zamana ehtiyac duya bilərsiniz. Əlvan makiyaj etmək üçün düzgün rəngləri seçməli və az-az istifadə etməlisiniz. Neon rəngli layneri gözünüzün alt və ya da üst kirpiklərinə çəkə, ya da neon dodaq parıltısından çəkə bilərsiniz.
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO