Saçları həcmli göstərməyin fotolarla asan izahı
Bizi izləyin

Tabloid.az

Saçları həcmli göstərməyin fotolarla asan izahı

Saçları həcmli göstərməyin fotolarla asan izahı

Hazırda təbii görünüşlü həmcli saçlar çox dəbdədir. Siz də bu dəbə tabe olmaq istəyirsinizsə, sadə üsullarla dolğun və dalğalı saçlara sahib ola bilərsiniz.

Materiallar:

Saç fırçası

Başlığı olan keyfiyyətli fen

3 saç məhsulu: arqan yağı, saç köpüyü və saça həcm verən sprey

Saçınızı tutacaq kiçik sancaqlar

Foto 1-5: Saçınızı yuduqdan sonra, dəsmal ilə qurutmağa başlayasınız. Saçınızı bu şəkildə qurutduqdan sonra saçınızın dibindən ucuna doğru saç köpüyü sürtməlisiniz. Ardından saç kökünüzə doğru həcm qazandıran saç lakı sıxıb, saçın uclarına da arqan yağı istifadə etməlisiniz. Arqan yağı isti temperatura məruz qalacaq olan saçınızı qoruyur.

Foto 6: Məhsulları saç tətbiq etdikdən sonra, saçınızı fen ilə qurdun. Əllərinizlə saçı dibindən yuxarıya doğru qaldırın.

Foto 7: İndi saçınızı düzgün bir şəkildə bölmək lazımdır. Ayırdığınız hissələrin böyük olmamasına diqqət etməlisiniz. Saçınızı daraqa uyğun hissələrə ayırın. Saçınızın arxa hissəsi xaric, hamısını yuxarıya doğru qaldırın.

Foto 8-9: Fenə başlığı taxın və saçınızın arxa hissəsi ilə əsas işə başlayın. Saçınızı fırçaya dolayıb qüvvətli şəkildə çəkib fen çəkməlisiniz. Saç dibindən başlayaraq, ucuna doğru qurdun. Hamar və parıltılı görünüş üçün qüvvət çox əhəmiyyətlidir. Daim ucuna doğru hərəkət edərək qurudun. Dibindən ucuna doğru hərəkətsiz bir şəkildə qurudan zaman saçınızın həcmi azalır.

Foto 10: Arxa hissə bitdikdən sonra, başınızın ətrafı ilə işə davam edin. Aşağıdakı hissələrdən başlayıb, yuxarıya doğru gedin.

Foto 11- 12: Saçınızın üst hissəsinə bol həcm verəcək şəkildə fenləməlisiniz. Həcm üçün fırça ilə ucuna doğru hərəkət edərək qurudun.

Foto 13: İndi qurutmuş olduğunuz saçların soyuq hava ilə təkrar üstündən bir də gedin. Saç dibinin bu şəkildə soyumasına səbəb olarsınız.

Foto 14: Saçınızın kompleks quru olmasına diqqət etməlisiniz. Çünki bir hissəsi nəm qalsa, saçın həcminə mənfi təsir göstərir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm