Astroloji proqnoz - 22 oktyabr
Bizi izləyin

Tabloid.az

Astroloji proqnoz - 22 oktyabr

Astroloji proqnoz - 22 oktyabr

QOÇ - Astroloji göstəricilər ixtiyarınızda olan bu təqvimi rahat tərzdə başa vuracağınızdan xəbər verir. Şəxsi büdcənizdə müəyyən artımlar da mümkündür. Axşama yaxın qonaq getməyə dəyər.

BUĞA - Bu gün təmasda olduğunuz insanların qayğısına qalmağa çalışın. Onların problemlərinin öhdəsindən gələ bilərsinizsə, tələsin. Qoy bu addımınız Tanrı yanında savablarınızı artırsın.

ƏKİZLƏR - Pul məsələlərində kifayət qədər ehtiyatlı olun. Çünki göstərilən sahədə dələduzlarla rastlaşma ehtimalınız var. Kiməsə borc vermək və ya almaq fikrindən uzaq olun. Səfərə çıxmayın.

XƏRÇƏNG - Təxminən saat 16-ya qədər ümumi işlərinizdə gərginlik hökm sürəcək. Kənar təsirlərdən maksimum yayınmağa çalışın. Əks təqdirdə nəzərdə tutduğunuz ədalətli işlər pozulacaq.

ŞİR – Müxtəlif yeniliklərlə zəngin olan bu gözəl təqvim sizə sevinc gətirəcək. Hansısa xoşagəlməzlik və ya konflikt barədə isə düşünməyə dəyməz. Qərarlarınızda qəti olun. Riskdən qorxmayın.

QIZ - Qarşılıqlı anlaşma üçün olduqca əhəmiyyətli vaxtdır. İşgüzar sövdələşmələr aparmaq, müqavilələr bağlamaq istəyirsinizsə, boş dayanmayın. Yarımçıq işlərinizi yoluna qoyun.

TƏRƏZİ - Dünəndən mənfi yüklü Ay bürcünüzdə qərar tutduğundan daxili gərginliyiniz arta bilər. Lakin özünüzdə təpər tapıb mübahisələrdən yayınmalı, yalnız adi işlərin həlli ilə məşğul olmalısınız.

ƏQRƏB - Bəlkə də bu ayın ən uğurlu gününü yaşayacaqsınız. Ətrafınızda cərəyan edən bütün proseslər zövqünüzə uyğun olacaq. Hətta ağlınıza gətirmədiyiniz istiqamətdən təkliflər də ala bilərsiniz.

OXATAN - Bəxtinizdə həddindən ziyadə uğurlu təqvim durur. Ötən ongünlükdə icra edə bilmədiyiniz işlərinizi məhz bu gündən başlayaraq yoluna qoya bilərsiniz. Böyük dəstək alacağınız da mümkündür.

OĞLAQ - Ulduzların düzümü sevindirici xəbərlər eşidəcəyinizi bəyan edir. Ola bilsin ki, uzaqda yaşayan doğmalarınızla bağlı hansısa könülaçan hadisə baş versin. Odur ki, əlaqə saxlayın.

SUTÖKƏN – Fəaliyyət zəminində müsbət dönüşlərə hazır olun. Həmkar və rəhbərlərinizlə münasibətləri mülayimləşdirin. Nahar ərəfəsində hansısa sürprizin şahidi olacağınız da gözlənilir.

BALIQLAR - Qarşınızda duran gün daha çox şəxsi büdcənizin tənzimlənməsində əhəmiyyətli rol oynayacaq. Odur ki, ayın sonuna qədər maddi durumunuzu qənaətbəxş edəcək bu prosesə indidən başlamalısınız.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm