Aynişandan son xəbərdarlıq: "Sonra demədi deməyin!"
Bizi izləyin

Tabloid.az

Aynişandan son xəbərdarlıq: "Sonra demədi deməyin!"

Müğənni Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva Türkiyədə təhsilini davam etdirir.

Müğənni Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva Türkiyədə təhsilini davam etdirir. Tabloid.az-ın əldə etdiyi məlumata görə, Aynişan Türkiyədə yaşayan aktrisamız Məlahət Abbasovanın evində qalır. Hətta səhərlər onu dərsə Məlahət xanım özü aparır.

Şəkil çəkdirməyi həddindən artlq sevən Aynişan səhərlər dərsə gedərkən, konsertə gedərkən çəkdiyi fotoları sosial şəbəkədə paylaşmağı unutmur. Amma deyəsən, onu sosial şəbəkədə izləyənlərin bir neçəsi onu bərk əsəbiləşdirib. Belə ki, o, paylaşdığı şəkillərə yazılan şərhlərlə tanış olmaqda çətinliyinin yarandığını söyləyir:

"Peşmanam bir şəkil paylaşım. Şərh bölməsinə çoxsaylı reklamlar yerləşdirilir. Nədənsə, hamı mənim bloqumda özünü reklam etmək istəyir. Son dəfə xəbərdarlıq edirəm, mənim səhifəmdə reklam yerləşdirənləri blok edəcəyəm, səhifəsinə spam göndərəcəyəm, özünü də şikayət edəcəyəm. Sonra demədi deməyin!"

Tabloid.az Aynişanın paylaşdığı son fotoları təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm