Topu başla vurmaq beyin üçün təhlükə yaradır
Bizi izləyin

Tabloid.az

Topu başla vurmaq beyin üçün təhlükə yaradır

Topu başla vurmaq beyin üçün təhlükə yaradır

Digər idman növləri kimi futbol idman növü də insan sağlamlığına xidmət edir. Buna baxmayaraq, futbolu ehtiyatlı oynamaq lazımdır.

Bu oyun həvəskarlardan tutmuş bəzi futbolçulara kimi müxtəlif travmalar və ya beyin zədələri yaşadıb. Tədqiqatlardan məlum olub ki, futbolda olan bəzi hərəkətlər beyin üçün zərərlidir.

Amerikada nəşr olunan elmi jurnalların birində topa kəllə vurmanın yaddaş zəifliyinə yol açdığı bildirilir. Tədqiqatlarda müəyyən olunub ki, bu sonradan beyində degenerasiya yaradır.

"Florence Nightingale" xəstəxanasında Neyrocərrahiyə sahəsində fəaliyyət göstərən Türkiyəli mütəxəssis professor Çingiz Kuday 37 həvəskar futbolçu üzərində tədqiqatlar aparıb. Yaşları 21 ilə 44 arasında dəyişən futbolçular arasında topa daha çox kəllə vuranların beyinlərində problem olduğu müəyyən edilib. Onların beyinlərində olan ağ cövhərin travmatik beyin problemi olan xəstələrə bənzədiyi deyilir. Bundan əlavə məlumatda həmin futbolçuların topa az kəllə vuranlara nisbətən daha az performans göstərdiyi qeyd olunur.

Sağlam olmaq, futbolda yaxşı performans qazanmaq istəyirsinizsə, ehtiyatlı futbol oynayın, başla vurulacaq zərbələrin sayını azaldın.

Bu futbolda ola biləcək travmaların və beyin zədələrinin qarşısını alaraq yaxşı performans göstərməyinizə imkan yaradacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm