• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Qəhvə ilə gözəlləşməyin 3 üsulu

Qəhvə ilə gözəlləşməyin 3 üsulu

Qəhvə tərkibindəki maddələr sayəsində dərini cavanlaşdırmaq və gözəlləşdirmək xüsusiyyətinə malikdir. Qəhvə ilə həm üzünüzü, həm saçlarınızı, həm də bədəninizi gözəlləşdirə bilərsiniz. Yəni bahalı kosmetik məhsullara pul xərcləmədən sadəcə qəhvə ilə asan şəkildə özünüzə qulluq edə bilərsiniz.

Antioksidant olan qəhvə dərini ətraf mühitin mənfi təsirlərindən qoruyur və toksinlərin atılmasına kömək edir.

Qəhvəli üz maskası

kahvemaske460

2 yemək qaşığı qəhvə, 2 yemək qaşığı kakao, 3 yemək qaşığı süt və 1 yemək qaşığı balı bir qaba tökərək qarışdırın. Bu qarışımı üzünüzə çəkib 15 dəqiqə gözləyin. Daha sonra üzünüzü ilıq su ilə yuyun. Üzü quruladıqdan dərhal sonra nəmləndirici krem çəkin.

Qəhvənin tərkibindəki kofein saçların sürətlə uzanmasını təmin edir. Qəhvə ilə saç dərisini masaj etsəniz, 1 ay ərzində saçların 10-15 santimetr uzandığını müşahidə edəcəksiniz.

Saç uzadan qəhvəli maska:

kahvesac460

Bir stəkan dəmlənmiş qəhvənin içərisinə yarım stəkan su əlavə edin. Soyuduqdan sonra bu qarışımı saç diblərindən uclarına doğru çəkin. Sellofan papaq taxaraq 20 dəqiqə gözləyin. Daha sonra ilıq su ilə saçlarınızı yuyun.

Bədən üçün skrab:

kahveselulit

Qəhvə qan dövranını sürətləndirir və sellüliti yox edir. Ayaqlarınızdakı sellülitli bölgələrə qəhvə ilə masaj etdikdə portağal qabığı görüntüsündən xilas ola bilərsiniz. Məşhur model Naomi Kempel möhtəşəm ayaqlarını qəhvə masajına borclu olduğunu deyir.

Siz də sellülitsiz ayaqlar üçün qəhvədən skrab hazırlaya bilərsiniz. 1 stəkan üyüdülmüş qəhvəyə yarım stəkan qəhvəyi şəkər tozu və yarım stəkan kakos yağ əlavə edib qarışdırın. Təmiz dəriyə bu qarışımı çəkib, dairəvi hərəkətlərlə masaj edin.

Tabloid.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR