Tabloid.az
Tanınmış aktrisadan şok etiraf: “Otaq yoldaşım məni ərimdən ayırdı”
Musiqili Komediya Teatrının aktrisası, Keyxanım kimi tanıdığımız aktrisa şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib.
Aktrisa vaxtilə otaq yoldaşı tərəfindən ailəsinin dağıldığını deyib: “8 ildir ki, həyat yoldaşımdan ayrılmışam. 23 yaşım vardı, bir yerdə işlədiyim bir oğlan tərəfindən sevildim. Bir il yarım nişanlı qaldıq, sonra toyumuz oldu. Hər şey çox yaxşı idi, xoşbəxt yaşayırdıq. Bir ildən sonra ildırımlar çaxdı, hər şey alt-üst oldu. Boşandıq. Çünki gedən adamı yola salmaq lazımdır. İndi buna görə heç peşman da deyiləm”.
Amma aktrisa buna görə zamanında çox depressiyaya düşdüyünü bildirdi: “Demək olar ki, özümə gələ bilmirdim. Çox pis depressiya yaşadım. Özümə fikir vermirdim, sanki həyat mənim üçün mənasını itirmişdi. Müəllimim, xalq artisti Afaq Bəşirqızı məni, demək olar ki, silkələdi, dedi ki, bir özünə bax, gör nə haldasan. Yaxın rəfiqəm aktrisa Tünzalə Əliyeva mənə həmin vaxt bir mesaj yazdı, indi də onu saxlayıram. Dostların köməyi nəticəsində ayağa qalxdım və keçmişin üzərindən xətt çəkdim”.
Hazırda özünü xoşbəxt saydığını deyən aktrisa həyatını dağıdan o qadına da minnətdar olduğunu gizlətmədi: “Mən indi o qadına çox sağ ol deyirəm ki, bizi ayırdı. O qadın mənim otaq yoldaşım idi”.
-
Sağlamlıq07:37
Yaz aylarında infarkt riski artır - Hansı tədbirləri görmək lazımdır?
-
Ekopublika.az07:25
Azərbaycanda bəzi ərzaq məhsulları ucuzlaşdı - VİDEO
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama